adalet.az header logo
  • Bakı 13°C
05 Oktyabr 2021 17:09
1464
HÜQUQ
A- A+

Zaqatalada saxta COVİD pasportu satan vəzifəli şəxslərə cinayət işi başlandı

Zaqatala rayon Mərkəzi Xəstəxanasında saxta COVİD pasportu satanlarla bağlı cinayət işi başlanıb.

Zaqatala Rayon Prokurorluğundan Adalet.az-a verilən məlumata görə, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Zaqatala rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.