adalet.az header logo
  • Bakı 21°C
06 Oktyabr 2021 11:41
2517
ŞOU-BİZNES
A- A+

6 ay ailəli olan, sinir ağrılarından əziyyət çəkən, maddi problemlərlə üzləşən xalq artistinin dəbdəbəli villası-  FOTOLAR


Verlişlərin birində həyat yoldaşı ilə bağlı açıqlamalar verən Xalq artisti Könül artisti hazırda onunla birlikdə yaşamadığını deyib.

“Bir yerdə yaşamırıq, ayrılmışıq. Onun barəsində deyə bilərəm ki, çox yaxşı, ləyaqətli oğlandır. Özüm ona demişəm ki, get həyatını qur, yaşa”, - deyə Könül Xasıyeva qeyd edib.

Xalq artisti eyni zamanda bildirib ki, həyat yoldaşı onu xəstələnməzdən əvvəl tərk edib.

“Onunla yollarımız ayrılanda mən hələ xəstələnməmişdim. Xəstələnsəydim, o, məni qoyub getməzdi. Hər dəfə balası Kazımla maraqlanır. Kazım da onu çox sevir, onunla nəfəs alır. Həyat hər kəsə bir cür nəsib olur. Biz onunla birlikdə cəmi 6 ay yaşadıq”, - deyə Könül Xasıyeva bildirib.
Qeyd edək  ki, başqa bir verlişdə xalq artisti Könül Xasıyeva sinir ağrılarından, oğlu Kazım isə Turetto sindromundan əziyyət çəkdiyini söyləmişdi. "Mənim və övladımın xəstəliyi sağalan xəstəlik deyil. Amma həkimlər deyirlər ki, oğlum Kazımın xəstəliyi 18 yaşından sonra qismən sağala da, olduğu kimi qala da bilər. Səhhətimdə problem yaranmamışdan əvvəl fikirləşirdim ki, konsert verim. İndi vəziyyətim yaxşı deyil, özümə güvənim yoxdur. Maddi problemlər məni çox sıxır. İndi əsas problemim budur..”

Xasıyeva dəbdəbəli evini nümayiş etdirib.
Adalet.az xəbər verir ki, muğam ifaçısı oğlu Kazımın şəkillərini evinin müxtəlif yerlərində çəkərək yayımlayıb.
İfaçı bildirib ki, övladının ad günüdür. O, paylaşıma "Canım övladım, hər zaman sağlam və evində ol. Bir gün gəlsin ki, tam sağlamlığına qovuşasan. Tanrı bütün balaları qorusun, xəstə olanlara şəfa versin" deyə, yazıb.

.
Könül Xasıyevanın dəbdəbəli evi - FotolarKönül Xasıyevanın dəbdəbəli evi - FotolarKönül Xasıyevanın dəbdəbəli evi - FotolarKönül Xasıyevanın dəbdəbəli evi - FotolarKönül Xasıyevanın dəbdəbəli evi - FotolarKönül Xasıyevanın dəbdəbəli evi - FotolarKönül Xasıyevanın dəbdəbəli evi - FotolarKönül Xasıyevanın dəbdəbəli evi - Fotolar

 Əntiqə Rəşid