adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Narkobaronlar aldıqları malın pulunu necə ödəyirlər? - Eminquey yazır

EMİNQUEY AKİF
1601 | 2021-10-06 13:09

Narkobaronlar aldıqları malların pulunu necə ödəyirlər?

Düşünün.

Mal Cənubi Amerikadan gəmiyə yüklənir.

Okeanın bu tayına çatana qədər macəra dolu yol…

Narkobaron pulu çantayla versə bir dərd, yolda malın başına hər cür iş gələ bilər.

Yox, əgər “ölkəmə sağ-salamat çatandan sonra verəcəm” desə, necə yollayacaq?

Banklamı?

Ya da nisyə dəftərimi tutacaqlar? Ayın sonunda haqq-hesab etmək üçün…

Bu qara-qura aləmdə kim kimə necə güvənir, etibar edir?

Maraqlıdır.

“Pulu ver, malı al” prosesi necə baş tutur?

Əlbəttə ki bir yolunu tapıblar.

Məsələn, iki gün öncə “Hürriyyət” qəzetində Fevzi Kızılkoyunun hazırladığı bir xəbər vardı.

Ankara polisi düz 9 ay əvvəl əməliyyata başlayıbmış.

Tolqa adlı bir narkobaronun dalınca düşüblərmiş.

Bizim bu Tolqa ta Kolumbiyaya qədər gedibmiş.

Babat bir malı düz ana mənbəyindən almağa.

“Cali Karteli” adlı narkotikçi qrupu ilə bazarlığını edibmiş.

Kokaini hazırlayıbmışlar.

Gəmiyə yükləyəcəkmişlər.

Elə bu məqamda… Biinsaf Cali Tolqanı girov götürübmüş.

Kokain Türkiyəyə çatsın, pul Caliyə çatsın, ona qədər Tolqa Calinin qonağıdır.

Düz 2 ay…

Ver pulu, al Tolqanı…

Demək ki, üsullardan biri bu imiş.

Bəs başqa?

Dünyanım bir nömrəli kokain baronu El Çapo var idi.

İndi Amerikadadır.

Onun Meksikadan Amerikaya mal göndərmək üçün qəşəng bir üsulu varmış.

Kokaini balıq konservalarının altında gizlədirmiş.

Konserva qablarının altında kokain üçün yer düzəldirmiş.

Narkotik axtaran itlər balıq qoxusundan kokaini ayırd edə bilmirlərmiş.

Yanına da bibər turşusu, itlərin burnu qoxudan çürüdümü? Vəssalam!

Uzun müddət bu oyunu çözə bilməmişdilər.

Bu Tolqa El Çapodan təsirlənibmiş. Kokaini banan, çiçək, qəhvə qutularının içində gizlədirmiş.

İtlər yenə çaş-baş…

Tolqa heç…

Ankara polisi onsuz da bunu qarabaqara izləyirdilər.

Tutublarmış. 71 kilo tərtəmiz kokain…

Dünya narkotik hesabatlarına baxsaq görərik ki, narkotik maddələrin daşınmasında gəmilərin payı 78 faizdir.

Hətta bəzən gəminin sahibinin xəbəri belə olmur.

Bir kapitan, iki gəmi işçisi, vəssalam!

Gəmilərin altına qaynaqla xüsusi bölmə-zad düzəltdirən var.

Gəminin dənizin içində qalan hissəsinə xüsusi seyf-filan düzəltdirən var.

Təbii ki təkcə gəmilər deyil…

İkinci yerdə şəxsi təyyarələrdir.

Məşhur müğənnilərin xarici ölkələrdən verdiyi mənasız, məzmunsuz konsertlər.

Bu mənasız konsertlərə getmək üçün o boyda benzin işlədən təyyarələr.

Şəxsi təyyarələrlə baş tutan qəribə gəzintilər.

Bunlar artıq şübhəlidir.

Neyləyək?

Şübhələnməyək?

Yapışın narkotik hesabatlarını hazırlayanların yaxasından…

 

TƏQVİM / ARXİV