adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Oktyabr 2021 14:55
1138
ƏDƏBİYYAT
A- A+

İmdat Avşarın əsərləri Beynəlxalq Kitab Sərgisində

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 6 - 10 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.  
 

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, bu ilki sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. 

Azərbaycan ədəbiyyatına göstərdiyi böyük xidmətlərinə görə bu il “Nizami Gəncəvi” mükafatı ilə təltif olunmuş Ədəbiyyatımızın fədakar dostu və yorulmaz təbliğatçısı, çağdaş türk ədəbiyyatının ən başarılı və özgün imzalarından olan İmdat Avşarın əsərləri də Beynəlxalq Kitab Sərgisində yer almaqdadır. “Övliya Çələbinin izi ilə Azərbaycan” torpağını ata yurdu doğmalığı ilə qələmə alan İmdat Avşarın imzası  Azərbaycan oxucularına olduqca əzizdir. Tanınmış yazara həsr olunmuş guşədə “Çiğdemleri solan bozkır”, “Soğuk rüya”, “Güvercin sevdası” kimi türkcə kitabları ilə yanaşı Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” layihəsində “Mütərcim” nəşriyyatında yenicə işıq üzü görən “Göyərçin sevdası” kitabı da var. Xatırladaq ki, sərgidə yer alan bu kitab İmdat Avşarın Azərbaycan türkcəsində yayımlanan ikinci kitabıdır.

Xəyalə