adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Oktyabr 2021 17:09
956
HADİSƏ
A- A+

Gürcüstanda çökən yaşayış binasında axtarışlar davam etdirilir

Gürcüstanın Batumi şəhərində bir hissəsi çökmüş beşmərtəbəli yaşayış binasının dağıntıları arasında axtarışlar davam etdirilir.

Adalet.az-ın məlumatına görə, hadisə zamanı həmin hissədə səkkiz nəfərin olduğu ehtimal edilir. Hələlik üç nəfər xilasedicilərlə təmas qura bilib.

Dağıntılar arasından üç nəfər xilas edilib. Onlar xəstəxanaya yerləşdirilib.

Binanın digər hissələrində yaşayan sakinlər təxliyə olunub.

Hadisə yerinə baş nazir İrakli Qaribaşvili və daxili işlər naziri Vaxtanq Qomelauri baş çəkib.(trend)