adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Oktyabr 2021 18:45
558
SAĞLAMLIQ
A- A+

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 789 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 668 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 923 055, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 863 636, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 059 419 təşkil edir.