adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
11 Oktyabr 2021 09:52
1467
HADİSƏ
A- A+

Sumqayıtda 29 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb

Sumqayıtda qətl törədən şəxs saxlanılıb.

Şəhər prokurorluğundan Adalet.az-a verilən məlumata görə, oktyabrın 10-u saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.