adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Oktyabr 2021 12:18
2555
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Şamil Süleymanov Şuşaya səfərlə bağlı təəssüratlarından danışıb - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və  təəssüratları barədə videoçarxlar hazırlayır.

Növbəti video çarxda xalq artisti Şamil Süleymanov fikir və düşüncələrini bölüşüb: “Atamın 7 yaşı olanda ailəsi ilə Cıdır düzündə bir qayanın yanında şəkil çəkdirmişdi. Biz də ailəmizlə mənim 7 yaşım olanda o qayanın yanında şəkil çəkdirmişdik. Cıdır düzünə gedəndə inanın ki, o qaya məni çağırdı. O qayanın yanında padşahlar kimi oturdum. Çünki mənim müzəffər Ali Baş Komandanım var, mən də onun əsgəriyəm. Elə də oturmalı idim: qalib kimi.”

 Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.

Videolayihə əsasında çəkilişlər davam etdirilir.