adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Oktyabr 2021 14:15
1190
SAĞLAMLIQ
A- A+

Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - RƏSMİ AÇIQLAMA

Son iki ildə Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, suçiçəyi xəstəliyi isə bir neçə müəssisədə (12 ümumtəhsil məktəbdə və 1 uşaq bağçasında) bir-iki hadisə olmaqla müşahidə edilib:

"Xəstəliyin xüsusi pandemiya şəraitində ağırlaşmaması üçün uşaq müəssisələrində uşaqların səhər qəbulu zamanı tibbi baxışların aparılması, sanitariya gigiyena qaydalarının və əks-epidemik rejimin gözlənilməsi vacibdir".