adalet.az header logo
  • Bakı 20°C
11 Oktyabr 2021 15:42
1691
İDMAN
A- A+

UTANIM YERİNƏ, AY UTANMAYAN 

İrlandiyaya öz meydançamızda 0:3 hesabı ilə uduzan milli komandamızın baş məşqçisi De Byazi mətbuat konfransında əməlli-başlı azarkeşlərlə, jurnalistlərlə  və ümumiyyətlə, xalqımızla məzələndi. Deyir ki, nəticəyə fikir verməyin, komandamız  çox yaxşı oyun göstərdi. Əvvəla, futbol nəticəylədi. İkincisi də, De Byazinin komandası heç bir qəpiklik oyun da  göstərmədi. Meydandakı idmançılarımız futbol yox, top-top oynayırdılar.

Əslinə qalsa ayrı-ayrılıqda uşaqlar  futbolumuzun  ulduzlarıdı. Sadəcə olaraq, məşqçisiz oynayırdılar.

Biz orta məktəbdə oxuyanda idman müəllimimiz topu ortalığa atırdı ki, oynayın. Elə bil  bizim  idman müəllimimiz  topu  atmışdı  ortalığa  və bizimkilərə də deyirdi oynayın.