adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Oktyabr 2021 15:45
1888
İDMAN
A- A+

KƏNDDƏ FUTBOLA «SABAH»LA «KEŞLƏ»NİN OYUNUNDAN ÇOX  AZARKEŞ GƏLMİŞDİ 

Ağcabədinin  Hacılar kəndində Birinci Qarabağ savaşının şəhidi Elşən Rüstəmovun  şərəfinə  futbol yarışı  keçirilir. Yarışda 8 kəndin idmançıları mübarizə aparır. Hətta Ağdamın Hacılara   bitişik kəndlərinin futbolçularını da  dəvət  ediblər.

Mən  stadionda olanda Sarıcalı və Qaravəlli  kəndləri yarışırdı.

İki maraqlı fakt. Birincisi, stadiona toplaşan  azarkeşlərin  sayı «Sabah»la «Keşlə»nin oyununa gələn tamaşaçılardan çox idi.

İkincisi, meydançanın  otu payız olduğuna görə  saralsa da, amma  Tofiq Bəhramov adına  stadiondan daha  yaxşı  vəziyyətdə idi.

Deyəsən, futboldan çox yazdım, qalanı  qalsın sabaha.