adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Oktyabr 2021 17:36
869
ELM VƏ TƏHSİL
A- A+

Bakıda daha bir sinif koronavirusa görə distant təhsilə keçdi

Bakı şəhəri 51 nömrəli tam orta məktəbin 1a sinfinin müəlliminin COVİD-19 infeksiyasına yoluxduğu təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə Adalet.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd edilib ki, eyni zamanda paytaxtdakı 225 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavininin COVİD-19 infeksiyasına yoluxduğu təsdiq olunub. O, digər şəxslərlə təmasda olmadığına görə məktəbdə heç bir sinif distant təhsilə keçməyib. Hər iki məktəbdə əyani təhsil davam edir.