adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Oktyabr 2021 13:26
2401
SAĞLAMLIQ
A- A+

Şizofreniya xəstəliyi artır: Özünə ərə gedən qadının iddiası

Əvvəllər rayon yerində bir ifadə vardı. Deyirdilər ki, lap dəqiq səbəb göstərmədən biri sizi “qaralayıbsa”, əsən küləyi, yağan yağışı da sənin əməlin nəticəsində baş verdiyini sübut etməyə çalışırdısa ona ya “dəli”, ya da “ipləmə” deyirdilər.

( Zəncirlə, iplə bağlanmalı olan; zəncirləmə. Ipləmə dəli) Sonradan bildim ki, bu tip insanlar xəstədilər, həm də şizofreniya xəstəsidirlər.

 

Şizofreniya haqqında qısa məlumat

 

 

Tibb mütəxəssislərinin fikrincə  şizofreniya xəstəliyi vaxtında aşkarlanarsa, müalicəyə zamanında başlanarsa, şiddətlənmiş simptomların aradan qaldırılması, xəstələrin cəmiyyətə, gündəlik həyatlarına, işlərinə qaytarılmaları mümkün olur. Ona görə də vaxtında diaqnoz qoyulması, erkən müdaxilə edilməsi çox önəmlidir: “Şizofreniya beyində olan bir sıra maddələrin tənzimlənməsinin pozulması, xüsusilə dopomin deyilən maddənin artması ilə müşahidə olunan bir proses, beynin funksiyalarının pozulmasından yaranan problemdir. Şizofreniyaya xas xüsusiyyətlərin məhz bu maddənin artması ilə bağlı olduğu artıq sübut olunub.


 Şizofreniyanın əlamətləri

 


 
“Şizofreniya xəstəliyi 60-70 faiz hallarda genetik faktorla bağlı ortaya çıxır”
“Kəskin mərhələdə xəstə həm özünə, həm də ətrafa ziyan vura bilər”
“Şizofreniya xəstəsinə vaxtında diaqnoz qoyulması, erkən müdaxilə edilməsi çox önəmlidir”
“Şizofreniyanın əsas əlaməti ətrafda baş verənlər, reallıqla uyğunluğu olmayan düşüncənin meydana gəlməsidir”
“Stress, qorxu xəstəliyin daha erkən ortaya çıxmasına səbəb olur”
“Şizofreniya xəstələrini söhbətlə, əks arqumentlər gətirməklə fikirlərindən daşındırmaq mümkün olmur”

 

 Şizofreniyaya aid bir misal

 


Braziliyalı Kris Qalera adlı model qəribə addım atıb.
, 33 yaşlı model özünə olan sevgisindən San-Pauloda özü ilə ailə qurub. Kris toyu haqda bunları danışıb:
"Utanmadım, kilsəyə qətiyyətlə getdim. Makiyaj və saç düzümümü də özüm hazırlamışdım. Yanımda bəy olmadığı üçün hamı mənə qəribə baxırdı. 
Bu addımı atmağıma səbəb keçmiş münasibətlərimdə yaşadığım problemlər və özümə olan sevgim oldu. Bir qadına sadiq qalmaq kişilərə çətin gəlir. Onlara eyni vaxtda bir neçə qadın lazımdır. Heç vaxt özümdən boşanmayacağam. Yeni münasibət qursam da, həmin şəxs həmişə ikinci, mən isə 1-ci olacağam".
Kris Qalera yaxın zamanlarda bal ayına çıxacağını da bildirib.

 Bəli, şizofreniya xəstəliyinin ən pis əlaməti odur ki, özünün əminliklə inandığı axmaq düşüncəni, gülünc təfəkkürü həyat kredosu hesab edir və hamını da buna inandırmağa çalışır.

  İndi gəl, bu şizofreni başa sal ki, adam özü-özünə ərə gedə bilməz, nəsil artıra bilməz,  xoşbəxt ola bilməz...

 Əntiqə Rəşid