adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Oktyabr 2021 10:53
870
ELM VƏ TƏHSİL
A- A+

Məktəbli məktubları dərc olunacaq

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olanlardan biri  də şair, Vətən Müharibəsi iştirakçısı Emin Piridir.
Layihə rəhbəri olan Emin Pirinin söylədiyinə görə artıq layihənin icrasına başlanılıb.

Bununla bağlı “Zəfər klubu” yaradılıb. Zəfər klubunun yaradılmasında məqsəd istedadlı, yaradıcılıq bacarığı olan şagirdlərin üzə çıxarılmasıdır. Layihə prosesi çərçivəsində məktəblilərin Vətən Müharibəsi zamanı  cəbhəyə göndərdiyi məktublar toplanacaq. Eyni zamanda yaradıcı şagirdlərin Vətən Müharibəsi ilə əlaqədar olan hekayələri cəmiyyətə təqdim olunacaq. Bu hekayə və məktublar layihə çərçivəsində müəllifin müharibə gündəliyi ilə birgə kitab halında nəşr olunacaq.

Cavid Piri