adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Oktyabr 2021 11:16
623
ELM VƏ TƏHSİL
A- A+

Qaxın Qaratala kənd orta məktəbi təhlükəli vəziyyətdədir - AÇIQLAMA

Qax rayonunun Qaratala kənd məktəbinin mövcud vəziyyəti ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. Videodan aydın olur ki, məktəb təhlükəli vəziyyətdədir.

Məsələ ilə bağlı Təhsil Nazirliyini İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama verib.

O bildirib ki, sözügedən məktəblə bağlı müvafiq tədbirlər görüləcək:

"Bütün təmirə ehtiyacı olan və ya yenidən təmir edilməsi labüd olan məktəblər gündəmimizdədir. Bu məktəblə bağlı da müvfiq instansiyalara məlumat verilib. Hər il dövlət tərəfindən məktəblərin təmiri və ya yenilərinin inşa edilməsi istiqamətində işlər aparılır. Bu məktəblə bağlı da tədbir görüləcək".(trend)