adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Oktyabr 2021 10:41
578
SAĞLAMLIQ
A- A+

Bakıda koronavirusa görə gimnaziyada ənənəvi tədris dayandırıldı

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında koronavirusa görə ənənəvi tədris dayandırılıb.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, gimnaziyanın bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

Qeyd edək ki, ölkə üzrə əyani tədris bərpa olunduqdan bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.