adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Oktyabr 2021 09:30
1229
DÜNYA
A- A+

Ukraynadan Rusiyaya növbəti sanksiya: 237 şəxs

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiyaya qarşı növbəti sanksiyanı təsdiq edib.

Adalet.az xəbər verir ki, bu barədə şuranın sədri Aleksey Danilov deyib.

Onun sözlərinə görə, sanksiya Krım və Donbasın Ukraynanın nəzarətində olmayan ərazisində Rusiya Dövlət Dumasına keçirilmiş seçkilərdə iştirak edən 237 şəxsə tətbiq edilib.

Danilov sanksiya siyahısına seçki komissiyasının üzvlərinin adlarının da əlavə edildiyini bildirib.