adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Oktyabr 2021 10:40
1197
DÜNYA
A- A+

İranın baş qərargah rəisi Moskvaya gedir

İran baş qərargah rəisi Məhəmməd Bagiri Rusiyaya səfər edəcək.

Adalet.az xəbər verir ki, bunu İranın Rusiyadakı Səfirliyinin hərbi attaşesi Reza Xosravi Mükaddam deyib.

Səfərin Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutacağı vurğulanıb.

Generalın səfər zamanı Rusiyanın rəsmi şəxsləri ilə hərbi sferada, terrorizmlə mübarizədə əməkdaşlıq məsələlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəyi bildirilib.

Səfər gələn həftəyə planlaşdırılıb.