adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Oktyabr 2021 13:32
718
GÜNDƏM
A- A+

PREZİDENT: «O TORPAQLAR SAHİBLƏRİNƏ PAYLANILACAQ»

Hazırda işğaldan azad olunmuş  ərazilərdə ən çətin iş minalardan  təmizlənmədir ki, onu da  ANAMA və Milli Ordumuz lazımınca həyata  keçirirlər. Təkcə Füzuli rayonunda 2500 hektar  torpaq  minalardan tam təmizlənib və həmin ərazilərdə müxtəlif  şirkətlər əsasən  taxıl əkiblər.  Eləcə də Ağdamın azad olunmuş torpaqlarında müxtəlif  şirkətlər  əkinçiliklə, yenə də qeyd edirəm, xüsusilə  taxılçılıqla məşğul olur.

Füzulidə təməlqoyma  mərasimində Möhtərəm Prezident çoxlarını, həmin bölgənin  sakinlərini narahat edən çox vacib bir  məsələyə  aydınlıq gətirdi. Bildirdi ki, hələ ki əhali  azad olunmuş torpaqlara  köçürülməyib, ona görə də  həm torpaqlar  boş qalmasın, həm də bu torpaqlar öz bərəkətini itirməsin deyə müvəqqəti  olaraq müəyyən şirkətlərə icarəyə verilib ki, əksinlər-biçsinlər, ölkədəki  ərzaq proqramına   yardımçı olsunlar. Amma elə ki  köçkün əhalinin  öz doğma yurdlarına dönüşü  başlayacaq, həmin torpaqlar onlara pay torpaq kimi veriləcək  ki, onlar həm əkin-biçinlə məşğul olsunlar, həm də onlara  iş yerləri  açılsın.