adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Oktyabr 2021 15:09
727
MƏMLƏKƏT
A- A+

ÇAYRUDDAN QARABAĞA

Şəhidliyə ehtiramdı ömür-həyat!..

 

Birinci Qarabağ müharibəsi Əsgəranda Əli ilə Bəxtiyara atılan ölüm güllələri ilə başladı.

Ermənistan silahlı birləşmələrinin həmlələrinin, hücumlarının qarşısını yerli müdafiə ba­tal­yonları, milislər, əhali alırdı. Havadarlarından siyasi, maddi və hərbi dəstək alan Ermə­nis­tan 1992-1993-cü illərdə Azərbaycanın torpaqalarının 20 faizini işğal etdi.

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri yerinə yetirməyən Ermənistan ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə də əməl etmədi. İşğalçı Ermənis­tan sülh danışıqlarından yayınır, status-kvonu saxlamaq istəyirdi.

Atəşkəsi müntəzəm olaraq pozan Ermənistan istər Azərbaycanla dövlət sərhədlərindən, is­­tərsə də işğal etdiyi ərazilərdən həmlələr, hücumlar edirdi. Bu həmlələrin, hücumların qarşısı qətiyyətlə alınırdı. Ermənistan silahlı birləşmələrinin 2016-cı ilin aprelində işğal olunmuş əra­zi­lərdən, 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətindən hücumlarının da qarşısı qə­tiy­­yətlə alındı.

Bu döyüşlər təsdiqlədi ki, Azərbaycan əsgəri torpaqları işğaldan azad etməyə qadirdir...

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi birləşmələri böyük təxribat törətmək niy­yəti ilə müxtəlif istiqamətlərdən hücum etdi. Bu təxribat yeni ərazi iddiasına hesablanmışdı. Azərbaycan ordusunun hissələri bu hücumu mərdliklə dəf etdi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən mü­ha­ribəsi kimi davam etdirildi...

Döyüşlərdə Lerik rayonundan olan əsgərlər də, səfərbərliyə çağırılmış gənclər də mərd­lik­lə döyüşürdü. Lerikin Çayrud kəndindən olan əsgərlər də, Çayrud kəndindən səfərbərliyə çağı­rı­lanlar da onların sırasında...

Qarabağ torpaqlarını işğal etmiş qəsbkarlara qarşı vuruşanlar sırasında Lerikin igid övladlarının adları iftixarla çəkilir. Onlardan 221 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir. Vətən torpaqları uğrunda gedən döyüşlərdə 150-dan çox lerikli əlil olmuşdur. Lerikli şəhidləri haqqında Xalid Mahmudun “Əbədiyyət yolşuçu” kitabı da nəşr edilmişdir.

Onlar ad-san, şan-şöhrət üçün vuruşmurdular. Onlar müqəddəs amal, müqəddəs vətən torpağının toxunulmazlığı uğrunda canlarını fəda etdilər. Yurdun haqq savaşına şir tək atılan, döyüşdən-döyüşə bərkiyən “Vətəndən, tor-paqdan, namusdan pay olmaz” deyən şəhidlər bu yurd, bu torpaq, bu Vətən yaşasın deyə canlarını qurban verdilər.

Lerik rayonunda rəsmi qeydiyatda olanlardan başqa Bakı, Sumqayıt, Abşeron, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Yardımlı və başqa yerlərdə yaşayan yüzlərlə lerikli şəhid vardır.

Azərbaycan əsgəri düşmənin müqavimətini çiliklədi, illərlə möhkəmləndirdiyi sədləri da­ğıtdı, ilkin qələbələr qazandı...

Lerikli İman və Bəhram MəmmədzadəqardaşlarıElgün və Altay Mövlanov qardaşları igidliklə, döyüşçü yoldaşlarının döyüş əzmini, qələbə ruhunu yüksəltməklə döyüşürdülər. Qardaşlar döyüşdə şəhid oldu. Dünya ictimaiyyəti bu şəhidliyi Azərbaycan əsgərinin vətənsevərliyinin ucalığı bildi, bu şəhidlik dünya icti­ma­iyyətinə bir gerçəkliyi də yaşatdı: Azərbaycan əsgəri üçün Vətənin mü­qəd­dəsliyi var, Azər­bay­can əsgəri bu müqəddəsliyin əsgəridir!..

 

Qisas çağırışına tutarlı cavab olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu.

Vətən müharibəsində qazandığımız zəfərə gətirən amillərin başında Silahlı Qüvvələrin Ali Baş Komandanı, məharətli sərkərdə cənab İlham Əliyev dururdu.

Vətən müharibəsi və ya «Dəmir Yumruq» əməliyyatının bütün döyüşlərində Türkü, Talışı, Ləzgisi, Avarı, Gürcüsü, Udini, Rusu və Yəhudisi bir olan QALİB AZƏRBAYCAN regionda söz sahibi olmaqla yeni reallıqlar yaratdı.

Ümumilikdə 900-dən çox yaşayış məntəqəsi azad edildi. 3000 nəfərə yaxın qardaşımız şəhid oldu. Şəhidlərimizin adının əbədiləşdirilməsi isə boynumuzdan boyunbağı kimi asılan bir haqdır ki, gərək heç kim onu unutmasın...

Lerik rayonunun Çayrud kəndindən də Qarabağ müharibəsində 126 nəfər iştirak edərək mərdliklə döyüşüb. Onlardan 6 nəfər şəhid olub: Səfərov Elşən, Ziyadov Mübariz, Tağıyev Zamir, Caniyev Famil, Həmidli Cavanşir və Hüseynov Cavad, həmçinin, Çayruddan köçərək başqa yerlərdə yaşayan onlarla çayrudlu. Çayrudun yeniyetmələri onla­rın qəhrəmanlığının işığında cavanlaşır, hərbi xidmətə Hərbi andla bir sırada şəhidlərin ruhuna layiq xidmət etmək amalı ilə gedirlər...

Qarabağ müharibəsində 6 nəfər çayrudlu yaralı qazi vardır: Əliyev Elxan (Rembo), Qurbanov Aqil, Ağayev Özbəy, Hüseynov Əsgər (“Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub), Dadaşov Ənibəy - XTQ giziri (“Kəlbəcərin azad olunmasına görə”, “Şucaətə görə“ və “Xocavəndin azad olunmasina“ medalları ilə təltif olunub), Əliyev Ramin – polkovnik-leytenant (“Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub). Və adını bilmədiyimiz yüzlərlə çayrudəsilli gəncimiz Qarabağ savaşında vuruşaraq qəhrəmanlıqlar göstəriblər.

Çayrud ilk şəhidini 103 il əvvəl erməni daşnaqları ilə mübarizədə verib. Belə ki, 1918-ci ildə Nuru Paşa ilə bərabər Zuvand (indiki Lerik) rayonundan əli silah tuta bilən 2000 nəfər könüllü Bala Məmmədin rəhbərliyi ilə erməni daşnaqlarına qarşı vuruşa getdilər. Həmin döyüşlərdə Çayruddan Abdullayev Nizam Rəsul oğlu qəhrəmanlıqla vuruşaraq şəhid oldu. Həsrət Əlirzayev, Hacıhəsən və Hacıhüseyn qardaşları və digər döyüş yoldaşları axırıncı ermənini vətəndən qovana qədər vurşdular...

Çayrud kəndində Qarabağ şəhidlərinin xatirəsinə “Əbədi yaddaş” abidə-kompleksi inşa olunub. Bu əbədi yaddaş tarixin yaddaşında əbədiyyən qalacaq. Çayrudluların şəhidliyə, şəhid­lə­rə bu ehtiramı əbədiyyən yaşayacaq. Bu kompleks sabahlar üçün yaradılan tarixdir – tarixin sabahlara çatdırılacaq nişanə­lə­rin­dən­dir. Bu kompleks kəndin şəhidlərə, şəhidliyə ümumi ehti­ra­mı­dır. Belə ehtiramlar ta­ri­xə deyir ki, bəşər gəldi-gedərdi, qurulan qalır, sevgi qalır, ehtiram qalır...

 

Şəhidliyə, şəhidlərə ehtiram Vətən sevgisinin təzahürü olan şəhidlərin anım günü böyük coşqu ilə keçdi.

Çayrud mədəniyyət-istirahət parkında “Əbədi yaddaş” xatirə kompleksinin açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, millət vəkili İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Birinci Qarabağ müharibəsinin, Vətən mü­ha­ribəsinin qaziləri, rayon, kənd ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Çayrud ziyalısı Akif Dənzizadənin Şuşa və Ağdam şəhərlərindən gətirdiyi torpağı şəhidlərimizin xatirə lövhələri qaşısındakı bağçaya səpməsini isə Azərbaycanın dilbər güşələri olan Lerik və Qarabağ arasında dostluq, qardaşlıq və doğmalığın təcəssümü kimi qiymətləndirmək olar.

 

 

Tədbir iştirakçılarının baxışlarında bir mətləb aydınlığıyla oxunurdu:

Vətən, sənə ad olmuşdu

döyüşlərdə bir ad:

Şəhid...

Hamı gördü, hamı bildi bu dünyada

Şəhidliyə ehtiramdı ömür-həyat!..

 

“Çayrud mədəniyyət-istirahət parkı” və “Əbədi yaddaş” xatirə kompleksi çayrudluların təşəbbüsü ilə yaradılıb. Parkın tikintisinə 2020-ci ilin aprel ayından başlanıb. Vətən müharibəsi başlasa da, parkda tikinti işləri dayandırılmayıb. Kənd ictimaiyyətinin rəhbərliyi ilə parkın tikintisi üçün lazım olan bütün xərclər kənd camaatı, respublikada və xaricdə yaşayan çayrudlular tərəfindən ödənilib. Tikinti işlərinə 100 min manatdan artıq vəsait xərclənib. Ümumi ərazisi 1,2 hektar olan park kəndin mərkəzində yerləşir və ilk dəfə 1937-ci ildə “Çayoru” kolxozunun sədri Hacı Abdullayevin təşəbbüsü ilə ərazidə ağaclar əkilməklə yaradılıb. Hazırki ərazidə 1989-cu ildə Böyük Vətən müharibəsində iştirak edən 112 nəfər çayrudlunun (onlardan 55 nəfər qəhrəmancasına həlak olub, 57 nəfər isə vətənə qayıdıb) xatirəsinə 8 metr hündürlükdə abidə ucaldılıb və həmin vaxt parkın sahəsi 0,8 hektar olub. Hacı Övsət Həmidovun layihəsi əsasında parkın yenidən bərpa, tikinti işlərində çalışanların hamısı təmənnasız işləyiblər.

 

 

Abidə kompleksində 221 nəfər Lerik şəhidi haqqında məlumat var. Həmçinin Qarabağ müharibəsində qəhrəmanlıq göstərən 6 nəfər çayrudlu şəhidimizin xatirəsini əbədiləşdirən mərmərdən memorial kompleks yaradılıb. Həmin kompleksdə şəhidlərimizin döyüş yolu və haqqlarında geniş məlumat verilib. Memorial kompleksin yanında isə müharibə qazilərinin və iştirakçılarının döyüş yolunu əks etdirən yazılar və fotolar 3x4 metrlik banerlərdə öz əksini tapıb. Həmçinin ərazidə Çayrudun tarixi, mədəniyyəti, keçmişi haqqında geniş məlumatlar verən böyük ölçülü bilbordlar da ziyarətçilərin marağına səbəb olur.

 

 

Çayrud kəndi Bakıdan 313 km cənubda, Qarabağdan 300 km cənub-şərq tərəfdə yerləşir. (Keçmiş adı Çayoru. “Çayo” fasonlu ağacyonan dəzgah, “ru” isə talış dilində çay deməkdir). Son 30 il ərzində bütün çayrudlular özünü qarabağlı kimi hiss edirdi. Birinci Qarabağ müharibəsində ermənilərin gözü qorxduğundan, onlara divan tuta biləcək talış gənclərini nə vaxtsa yenidən gəlməsini həmişə gözləyirdilər. Bəli, vaxt-vədə tamamlandığından bütün vətəndaşlar kimi ermənilərin qorxulu yuxusu sayılan çayrudlu gənclər də müharibəyə gedərək ermənilərə divan tutdular. Onları iti qovan kimi vətənimizdən qovdular...

ÇAYRUD kəndi gözəl, axarlı-baxarlı bir yerdir. Talış dağlarının sinəsinə başını qoyub, dağlı ruhunun saflığıyla nəfəs alır, ayna bulaqların şirin laylası ilə uyuyur bu kənd. İlin bütün fəsillərində gözəldir Çayrud. İllah ki, yazda, damarda qanın yallı getdiyi, suların ağca-ağca çiçəkləndiyi bir vaxtda Çayrud kəndi cənnətməkan olur...

Akif Dənzizadə,

“Apostrof-A” nəşriyatının direktoru,

Çayrud ziyalısı