adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Oktyabr 2021 12:13
1953
MƏDƏNİYYƏT
A- A+

"Rəmişdən sonra heç kim qapımı döymür" - Güllüdən AÇIQLAMA

“Rəmişsiz nə  istini,  nə  soyuğu,  nə də canımım ağrısını bilirəm. Rəmişsiz həyatım çox çətindir.  Məndə  onunla öldüm”. 

Bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Güllü Unikal.org-a açıqlamasında deyib. O, hər gün Rəmişin məzarını ziyarət etdiyini açıqlayıb:

“Başımı Rəmişin məzarını ziyarətlə qatıram.Danışıram, amma cavab verən olmur. Kor-peşman evimə qayıdıram. Nə qədər ayağım yer tutur onun məzarını ziyarətə gedəcəm”. 

Güllü xanım Rəmişdən sonra evinə sənət adamlarından yalnız Qədir Rüstəmovun qızı Sevil xanım gəldiyini  bildirib: 

“Heç kim gəlmir, bircə Sevildən başqa. Gələnim-gedənim yoxdur. Sənət adamları elə Rəmişin vaxtında gəlirdi. Təyyar Bayramov, Milli Qəhrəman İbad Hüseynov sağ olsunlar ki, zəng edib,  hal-əhval  tuturlar. Rəmişdən bircə ev qalıb. Avtomobildə  yoxdur.  264 AZN təqaüdlə  dolanıram. Heç  bir  yerdən gəlirim yoxdur.  Soğan-çörəkdə  yesəm yenə də şükür edirəm”. 

Həmçinin də,  Güllü Hüseynova Rəmişin məzar daşını xaricdə yaşayan bir dostu tərəfindən düzəldiyini ifadə edib.