ABŞ HƏRBİ TƏYYARƏLƏRİ RUSİYANIN HİSLƏRİ İLƏ OYNAYIR
Rusiyanın iki Su -30 qırıcı təyyarəsi Qara dəniz akvatoriyasında ABŞ -ın Rusiya sərhədlərinə tərəf uçan B-1B strateji bombardımançıtəyyarəsini geri qaytarıb.
Milli müdafiə idarəetmə mərkəzindən verilən məlumatlara görə, radarlar səsdən sürətli təyyarələrin Rusiya sərhədlərinə doğru uçuşunu 19 oktyabrda qeydə alıb. Bombardımanşı təyyarəni iki KS -135 yanacaq daşıyan təyyarə müşahidə edirdi.
"Dövlət sərhəddinin pozulmasının qarşısının alınması üçün iki Su-30 qırıcı təyyarə havaya qaldırıldı və ABŞ hərbi təyyarələri geri qaytarıldı"- deyə mərkəzdən bildirilib.
Qeyd olunur ki, Su-30 qırıcılarının ekipaj üzvüləri beynəlxal qaydalar çərçivəsində hərəkət ediblər.
Ümumiyyətlə son vaxtlar ABŞ hərbi təyyarələrinin bu cür hərəkətləri tez-tez müşahidə olunmaqdadır. Yəqin Sem dayının uşaqları rusların əsəblərini yoxlayırlar.
Rüstəm Hacıyev