adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 12:27
1354
DÜNYA
A- A+

Talibandan şok qərar -  kamikadzelərin ailələrinə təqaüd veriləcək

Əfqanıstanda hakimiyyəti silah gücü ilə ələ keçirən Taliban rejiminin yeni qərarı dünyanı yenidən "həyacanlandırıb".

Vaxtilə bu hərəkatın terror aksiyalarını həyata keçirən “canlı bombaları”nı  “İslamın qəhrəmanları” elan edən Taliban rejimi onların ailələrinə hər ay 112 dollar  məbləğində yardım, həmçinin geyim əşyaları veriləcəyini bəyan edib.

“Fox News” -un xəbərinə görə, Talibanın rəsmisi Səid Xosti Hakkaninin “Twitter” -də səhifəsində verdiyi açıqlamada kamikadzelərin ailə üzvlərinə torpaq payı da veriləcəyini vurğulayıb.

 

İLTİFAT