adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 15:11
1162
DÜNYA
A- A+

Liviya artıq yoxdur

Qəddafinin ölmümü nəyi öyrətdi

"Liviya Aralıq dənizində Somaliyə çevrilə bilər. Siz milyonlarla qeyri-leqal miqrantları görəcəksiniz.  Hər yerdə zor tədbiq ediləvək" - Bu sözlər 20 oktyabr 2011-ci ildə qətlə yetirilmiş Müammar Kaddafiyə məxsusdur.
 
10 il keçib, Liviyada vətəndaş müharibəsi davam edir, ölkə xaos içindədir və zülm ərşə çatır.

Qərblə mübarizədən dostluğa qədər

Çox kasıb bir ailədə doğulan Qəfdafi, 1969-cu ildə Liviya monarxı I İdrisii devirən hərbi çevrilişdən sonra hakimiyyəti ələ keçirən Müammar Qəddafi, qəbilə və etnosları bir araya gətirməklə,  sosialist ideyalarını ənənəvi islamla birləşdirmək arzusu ilə dövlət qurmaq istəyirdi. O, hesab edirdi ki, partiyasız və parlamentsiz də demokratiya qurmaq olar. 

Yeni siyasi rejim - nə respublika, nə də monarxiya idi. Ölkə neftdən gələn gəlirlə əhalinin sosial ehtiyaclarını təmin edirdi. Dövlət məktəblər, xəstəxanalar, yeni yaşayış evləri tikirdi. Qəddafi şəxsi biznesi sıxışdırırdı, narazı qalan minlərlə adam həbsxanaya göndərilirdi.

Təhsil, tibbi müalicələr, bir çox kommunal xərclər dövlət tərəfindən ödənilirdi. Xaricdə təhsil almaq istəyənlərin bütün xərcləri dövlət tərəfindən qarşılanırdı. Ölkədə aztəminatlı ailələr üçün pulsuz yaşıl apteklər fəaliyyət göstərirdi. 

Qəddafi ABŞ-a, Avropa və İsrailə qarşı fəaliyyət göstərən ekstrimist qüvvələrə maliyyə dəstəyi göstərməyənə qədər, Qərb də bu ölkənin işlərinə  üdaxilə etmirdi. Onun köməkliyi ilə  müxtəlif ölkələrdə "islamlaşma" və "ərəbləşmə" yə yönəlmiş  "Ərəb legionu" yaradılmışdı.

 Bundan sonra, Tripolinin Qərb ölkələri ilə münasibətləri korlanmağa başlamışdı. 1986-cı ildə, Berlində, amerikanın populyar La Belle hərbi diskotekasında güclü partlayış baş verdi. Bunu eşidən ABŞ prezidenti, Tripoli və Beqazi şəhərlərinin bombalanması əmrini verdi. Bu bombardıman nəticəsində Qəddafinin övladlığa götürdüyü dörd yaşlı qızı həlak oldu.
 
Buna cavab olaraq, Liviyanın xüsusi xidmət orqanları Nyu-Yorkdan Londona uçan sərnişin təyyarəsini gödə partlatdı. 259 nəfər sərnişin və ekipaj üzvü həlak oldu.
 
1990-cı illərdə BMT TŞ-sı Liviya üçün həyatı vacib sayılan neft sahəsinə qarşı iki paketlik sanksiyalar tədbiq etdi.
 2000-ci illərin əvvəllərində Camaheriyyə ABŞ və Avropayla barışmağa qərar verdi. Bütün növ kütləvi qırğın silahlarından imtina edildi, təyyarə terrorunda günahını etiraf etdi. Qərb Liviyaya qarşı tədbiq etdiyi sanksiyaları ləğv etdi, ölkəyə xarici şirkətlərin gəlişi dövrü başladı. Qəddafi özü, tez-tez Avropa paytaxtlarına səfər etməyə başladı.
  
Müammar Qəddafi xesusilə İtaliyanın baş naziri Sivia Berluskoni ilə dostluq əlaqələri yaratdı. İtaliya ilə birgə qaz kəmərinin çəkilişinə imza atdı. Sonradan məlum oldu ki, o, prezident seçilərsə dosluğu unutmayacağını güman etdiyi Fransa prezidenti Nikola Sarkozinin seçki kompaniyasını maliyələdirib. Qərb Qəddafinin bu hərəkətlərini yüksək qiymətləndirirdi.
  
Lakin Qəddafinin son çıxışları, ərəb dövlətlərinin birliyinin yaradılmasına göstərdiyi cəhdlər Qərbi və ABŞ-ı narahat etməyə bilməzdi. "Dünyaya demokratiya gətirmək" istəyi ilə başlayan "Ərəb baharı" rəngli inqilabları Liviyadan da yan keçmədi. 
 
2011-ci ilin fevralında, Liviyanın ikinci böyük şəhəri Benqazidə başlayan etiraz aksiyaları tezliklə bütün olkəni vənginə aldı. Hakimiyyət etirazçıları tankların, aviasiyanıb və arteleriyanın köməyi ilə yatırmaq istədi, amma ABŞ-ın, Nikola Sarkozinin başçılığı ilə Fransa və Böyük Britaniyanın etirazçılar göstərfiyi  yaxından dəstəyi Qəddafiyə qiyamı yatırmağa mane oldu.
 
Aprelin axırlarında Qəddafi NATO dövlətlərini danışıqlara  çağırdı. Lakin artıq Haqqa Beynəlxalq məhkəməsi artıq onun barəsində həbs qərarı çıxarmışdı. Onun başına 1,6 milyon dollar mükafat qoyulmuşdu.

Avqust ayının sonlarında alyansın aviasiyasının köməkliyi ilə qiyamçılar paytaxt Tripolini ələ keçirdilər. Doğma Sirt şəhərinə qaçan Müammar Qəddafinin artıq sonu yaxınlaşırdı. Onu başından və ayaqlarında yaralamışdılar. Qəddafini qanı axa-axa küçəyə sürüdülər və sonra amansızcasına qətlə yetirdilər.

Qərb "rahat nəfəs aldı". Liviyanın milli keçid şurası rəsmi olaraq döyüş əməlliyatlarının başa çatdığını elan etdi. Missiyasının başa çatdığını güman edən alyans qüvvələri bu ölkəni tərk etdi. Bundan sonra ölkəni xaos bürüdü. Əhali on ildi gedən vətəndaş müharibəsindən dilənçi vəziyyətinə düşməkdədir. Milyonlarla insan məcburi şəkildə ölkəni tərk etməkdə davam edir. 
  
Ölkədə enerji, yanacaq, su çatışmır. Dünyanın bütün bölgələrindən terrorçu və ekstrimist qüvvələr Liviyaya çəmləşməkdədir. Demək olar ki, artıq Liviya adında dölət yoxdur. Qəddafinin devrilərək qətlə yetirilməsi ölkənin məhvinə gətirib çıxardı.
 
 Acınacaqlı vəziyyətə düşən Liviya əhalisi yeni Qəddafinin doğulmasını yəqin ki, çox gözləməli olacaqlar. 

RİA Novostinin materialları əsasında

Rüstəm Hacıyev