adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 16:23
827
GÜNDƏM
A- A+

İNAM KƏRİMOV, «AQROİNFO» ADINDA QƏZET OLMAZ 

Deməli, dəfələrlə yazmışam, yenə yazıram, vaxtilə «Sovet kəndi» adında qəzet vardı. Məlum məsələdi, Sovet dağıldı, amma kənd dağılmadı axı. Və bu qəzetin adı iki-üç dəfə dəyişdi – «Həyat» oldu, «Bərəkət» oldu və sair və ilaxır.

Bu gün də kənd durur. Möhtərəm Prezident elə təkcə Füzulidə Dövlətyarlı kəndində Ağıllı kəndin təməlini qoyub. Yəni bu kəndə ətrafdakı 4 kənd birləşdirilib, yeni bir layihə həyata keçirirlər.

Hörmətli cənab nazir İnam Kərimov, biz yazdıq, siz də qəbul etdiniz. «Sovet kəndi»nin nəşrinə şərait yaratdınız. İndi adını dəyişib qoyublar «Aqroinfo». Dünyada bu adda qəzet mövcud ola bilməz. Bu qəzet 99 il fəaliyyət göstərib. Necə ki, bu gün «Xalq» qəzeti kimi. İndi sadəcə olaraq «Sovet» sözünü çıxarıb onu «Kənd» qəzeti adlandıra bilərsiniz. Bu qəzet kəndlilərin ən sevimli qəzeti ola bilər. Həm onları təbliğ edər, həm təşviq edər, həm də onlara maarifçilik dərsi keçər.

İndi bu qəzeti öldürməklə kəndlilərin sevimli bir qəzeti ölür.

Hörmətli İnam Kərimov!

Həm də istəyirsinizsə əkinçilikdə nəyəsə nail olasınız bu qəzeti saxlamaqla nail ola bilərsiniz.

Qalanı sizin işinizdir. Və o qədər də böyük xərc tələb etmir, təxminən 3 pambıqyığan maşına ayırdığınız vəsait bu qəzetin həftəlik çıxmasına bəs edər.

Hörmətlə:

«Sovet kəndi»nin vaxtilə şöbə müdiri işləmiş Aqil ABBAS