Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Astarada azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan şəxsin üzərindəki pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Astara rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı ondan 5 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16