adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Oktyabr 2021 11:41
1169
MƏMLƏKƏT
A- A+

Koronavirus xəstəsi yas mərasimində SAXLANILDI

Salyanda evi tərk edən COVID-19 xəstəsi ictimai yerdə saxlanıldı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adıçəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən İ.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.