adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Oktyabr 2021 09:43
463
ANALİZ
A- A+

MKİ: Dünya savaşı bu tarixdə başlayacaq: Səbəblər isə...

Önümüzdəki onilliklərdə dünya planetdəki iqlim dəyişikliyinə görə qlobal hərbi münaqişə ilə üzləşə bilər.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatında bildirilib.

Müəlliflərin fikrincə, 2040-cı ildən gec olmayaraq dünyada “iqlim toqquşmaları” başlayacaq ki, bu zaman tərəflər quraqlıq və daşqın kimi təbii fəlakətləri gücləndirən texnologiyalardan bir-birinə qarşı istifadə edəcəklər.

Mütəxəssislər, qlobal istiləşmənin qarşısını almaq üçün istixana qazı emissiyalarının azaldılmasını ehtiva edən Paris İqlim Sazişinin icrası ilə bağlı mübahisələr səbəbindən ölkələr arasında gərginliyin artması barədə də xəbərdarlıq ediblər.

Hesabat müəllifləri inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinin təsirləri ilə əlaqədar daxili münaqişələrin riskini bəyan ediblər, çünki bu dövlətlər yeni şəraitə daha az uyğunlaşa bilir.

İqlim müharibəsində gələcək potensial qaynar nöqtələrə Konqo, Hind, Mekonq və Nil çayı hövzələri kimi bölgələr daxildir. Orada münaqişələr çay kanallarının dəyişməsi və su axınının istiqamətinin dəyişdirilməsi səbəbindən yarana bilər.

Hesabatda qlobal iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çox təsirlənən 11 ölkənin siyahısı verilib. Analitiklərin fikrincə, bu dövlətlər sağ qalmaq naminə ifrat tədbirlərə gedə bilər. Söhbət xüsusən də nüvə silahına malik olan Çin, Hindistan və Pakistandan, eləcə də Əfqanıstan, Şimali Koreya, Myanma və Mərkəzi və Cənubi Amerikanın bir sıra ölkələrindən gedir.

Digər Xəbərlər