adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Oktyabr 2021 12:59
1775
SİYASƏT
A- A+

Ermənistanın daxili çəkişmələri başlayır: Paşinyanın yerinə Tatoyan hazırlanır

Oktyabrın əvvəlində Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan şəxsi Feysbuk səhifəsində paylaşdığı, Baş nazir Nikol Paşinyana ünvanladığı bir mesaj sosial şəbəkənin erməni seqmentində razılıqla qarşılanmışdı. Paylaşımda yazmışdı: “Nikol Paşinyana ya xahiş edərək, ya da zorla izah etmək lazımdır ki, o, Qarabağ məsələsi ilə bağlı ümumiyyətlə heç bir fikir bildirməməli, xüsusən də beynəlxalq media ilə görüşdən çəkinməlidir.

“Rossiya-1” telekanalına verdiyi müsahibədə o, bunu inadla sübut etdi. Hətta BBC müxbiri tərəfindən alçaldılması ona dərs olmadı”. Hətta Akopyan statusunda Dağlıq Qarabağdakı vəziyyətə də toxunub:
“Mövcud eskalasiyanın səbəbi Paşinyanın “Qarabağ – Ermənistandır” adlı populist şüarı, həmçinin Baş nazirin danışıqlar prosesindən imtina etməsidir. Erməni cəmiyyətinin respublika rəhbərinin siyasətindən narazılığı tamamilə əsaslıdır. Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Ermənistanı daha bərbad vəziyyətə salıb. Qısa müddət ərzində bir sıra dövlətlərlə, o cümlədən KTMT və Aİ tərəfdaşları ilə münasibətləri xeyli korlayıb”.
 Görünür sabiq deputatın bi paylaşımı ermənilərin böyük bir hissəsinin ürəyindən xəbər verib. Odur ki. ictimaiyyətdə nüfuzu olan şəxslər baş nazirə qarşı birləşməyi nəzərdə tutub.

Adalet.az xəbər verir ki,  artıq Ermənistan daxilində siyasi çəkişmələrin təməli qoyulub.
  Məsələn, Ombudsman – səlahiyyət müddəti 2022-ci il fevralın 23-də başa çatacaq Arman Tatoyanı öz sıralarına cəlb etmək üçün mübarizəyə başlayıb.Məlumat üçün bildirək ki, Arman Tatoyan İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycana qarşı ən sərt və barışmaz mövqedə dayanan fiqurlardan biridir. O, mütəmadi olaraq Azərbaycan əleyhinə sərt çıxışlar edir, açıqlamalar verir, beynəlxalq təşkilatlara mürüciətlər ünvanlayır.
Tatoyan tez-tez Zəngəzura səfər edir, sərhəddə yaşayan ermənilərin durumu ilə maraqlanır, onların şikayətlərini qeydə alaraq Paşinyan hökumətinə etirazlarını bildirir.
Ombudsman Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini heç cür həzm edə bilmir… O, Qarabağdakı silahlı erməni separatçılarının oradan çıxarılmasının qəti əleyhdarıdır.Bu səbəbdən Ombudsman Arman Tatoyan bu gün Ermənistanda ən yüksək reytinqə malik fiqurlardan biri hesab olunur. Hətta onun asanlıqla baş nazir postuna namizəd ola biləcəyi də vurğulanır.
Rusiyanın erməni iş adamı Ruben Vardanyanın maliyyələşdirdiyi “Həyat ölkəsi” partiyası məhz bu xüsusiyyətlərinə görə, Arman Tatoyanı öz sıralarında görmək üçün xüsusiilə canfəşanlıq edir.   Hətta Ruben Vardanyan növbəti seçkilərdə Arman Tatoyanı baş nazir postuna namizəd olaraq Nikol Paşinyanın önünə çıxarmaq istədiyi, artıq Ombudsmana gizli təklif göndərdiyi barədə də informasiya mediaya sızdırılıb.


 P.S.Deyəsən, Ermənistanın baş nazir Nikol Paşinyan fəaliyyəti dövründə böyük çətinliklərlə üzləşəcək. Amma baş nazir bu problemində öhdəsindən “öz üsulları” iləgələcəyinə inanırıq. Çünki müharibədən sonra ona qarşı olan  kifayət qədər məmur və partiya üzvünü müxtəlif çinayətlərdə suçlayaraq həbs etdirib. 

Əntiqə Rəşid