adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Oktyabr 2021 14:42
1435
DÜNYA
A- A+

Ekstremist qruplaşmalarının fəallaşması narahatlıq yaradır

Rusiyanın baş prokuroru İqor Krasnov bəyan edib ki, Rusiya və Belarusiyada, xaricdən idarə olunan ekstremist qruplaşmaların fəallaşmasına cəhd edilməsi narahatlıq doğurur. 

 "Bu gün hər iki dövlətdə, Rusiyada və Belarusiyada vəziyyəti gərginləşdirmək məqsədilə xaricdən idarə olunan eksterimist və terrorçu qruplaşmaların fəallığının artırılmasına edilən cəhdlər narahatlıq yaradır. Bu məsələlərlə bağlı Əfqanıstandakı vəziyyətə ciddi nəzarət altındadı. Biz bütün MDB məkanında təhlükəsizliyin qorunmasına çalışmalı, əlaqələri kordinə etməliyik"- deyə Rusiyanın baş prokuroru bəyan edib.
 

Minskdə səfərdə olan Krasnov  Belarusiyanın prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Onunla söhbət zamanı Rusiyanın baş prokuroru bildirib ki, əhalinin az müdafiə olunan vətəndaşlarının hüquq və azadlığının təmin olunması istiqamətində xüsusi planlar həyata keçirilir, korrupsiyaya qarşı mübarizə gücləndirilir, ailə zorakılığına və uşaqlara qarşı torədilən cinayətl hallarına yol verilməməsi üçün tədbirlər görülür.

 Rüstəm Hacıyev