adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
31 Oktyabr 2021 18:25
2967
GÜNDƏM
A- A+

Sərhədlər 1920-ci ilin xəritəsi ilə müəyyənləşərsə, Qərbi Zəngəzurdakı  9 kənd…

Sərhədlərin 1920-ci il xəritələri əsasında müəyyənləşməsi gündəmə gəlib. Ermənistan mediası bəzi mənbələrə əsasən, 1920-ci il xəritələri əsasında sərhədlərin müəyyənləşə biləcəyini iddia edir.

Əgər günlərdir Ermənistanda müzakirə edilən 1920-ci il xəritələri gündəmə gələrsə, Ermənistan Qərbi Zəngəzurdakı ən azı 9 kəndi də Azərbaycana qaytarmağa məcburdur. O kəndlərin qaytarılacağı təqdirdə isə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol birbaşa Azərbaycanın qanuni ərazisi altına keçmiş olacaq.

Adalet.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan hökuməti sərhədlərin delimitasiyası və demarkasiyası prosesini başlatmağa hazırdır. O, Azərbaycan hökumətindən müsbət siqnallar gözlədiklərini bildirib.


 Qeyd edə ki, Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin ötən gün keçirilən iclasındakı çıxışında deyib. “Rusiya Prezidenti Vladimir Putinin sərhədlərin ayrılması ilə bağlı xatırlatdığı xəritələr 100 faiz də olmasa, heç olmasa, 99 faiz “Ermənistanın administraiv- ərazisi haqqında” qanunu ilə üst-üstə düşməlidir.
“O xəritələr təxminən müttəfiq respublikaların xəritələri ilə üst-üstə düşür. O ayrı məsələdir ki, bu xəritələrdən hansı sərhədlərin dəqiq müəyyən edilməsinə xidmət edə bilər. Müttəfiq respublikalar arasında xəritələr bir neçə dəfə dəyişib və bunun müxtəlif səbəbləri olub. Məsələn, olub ki, Sov İKP MK-nın növbəti plenumunda bir rayonun icra katibliyi qonşu ölkənin qardaş rayonuna otlaq sahəsini verib və yaxud əksinə. Biz bilməliyik ki, xəritələr necə dəyişib, nə vaxt dəyişib və niyə dəyişib”.
Paşinyan bu sözlərlə dolayısı ilə Azərbaycandan hissə-hissə “otlaq sahəsi” adı ilə qoparılan torpaqların mövcudluğuna işarə edib.


 Əntiqə Rəşid