adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Noyabr 2021 13:22
1189
MƏMLƏKƏT
A- A+

QMİ: "Şeyx özünü gümrah hiss edir"

Sosial şəbəkədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin insult keçirməsi haqqında informasiyalar yayılıb. İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli bu barədə yazıb: “Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadənin insult keçirməsi haqqında informasiya var. Allahdan Şeyxə şəfa diləyirik...”

Qafqaz Müsəlmanları İdarəsindən xəbəri təkzib etdilər. “Şeyx hazirda idarədə, öz kabinetində iş başındadır, iş başındadır. Səhhətində də heç bir problem yoxdur, özünü gümrah hiss edir”,- deyə QMİ-dən bildirdilər.

 

İLTİFAT