adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Noyabr 2021 14:09
1272
ANALİZ
A- A+

Erməni vəhşiliyi və Azərbaycan humanizmi: Bakı 2 yaralı ermənini müalicə edib İrəvana qaytardı

“Dəyənək, armatur və digər dəmir alətlərin əsirlərin anus dəliyinə yeridilməsi: Bu vəhşilik əsasən Şuşa türməsində saxlanılan əsgərlərin başlarına gətirilirdi. Misal üçün bu gün Ermənistanda mühüm dövlət postlarından birini tutan Samvel Babayanın “sevimli” işgəncə növüdür. Bakı şəhərindən olan Rauf adlı şəxsə qarşı edilən bu vəhşilik əsrilikdən azad edildikdən sonra onun bağırsaqlarından on santimetr kəsilərək götürülməsinə səbəb olmuşdur.


Hamilə qadınların qarınlarının cırılaraq uşaqların ordan çıxarılması: Ermənilər əsasən Xocalı şəhərindən əsir düşən hamilə qadınların qarınlarını əsgər bıçağı ilə cıraraq, onun bətnindəki uşağı itlərə yem edir, qadının daxilinə giliz, diri pişik, ilan, qurbağa, siçan və sairə doldurur, yaranı tikir və qadının əzablar içərisində ölməsinə baxırdılar.

 

Zorlama: Ermənilər 4 yaşından 60 yaşına qədər bütün qız və qadınları növbə ilə zorlayır, sonra onları lüt halda rəqs etməyə məcbur edirdilər. Xocalıdan əsir düşən 6 yaşlı bir qızın zorlanmasına dözə bilməyən anası özünü kəndirlə boğaraq, digəri isə işləməyə aparılanda yaba ilə özünü öldürmüşdür. Əsir azərbaycanlı qızların içərisində bakirə olaraq saxlanan qızlar Qarabağa qonaq gələn xaricdəki ermənilərə və bəzi xarici ölkələrin yüksək titullu məmurlarına hədiyyə edilirdi.
Bir-birləri ilə cinsi əlaqəyə məcbur edilmə: Azərbaycanın əsgər və əsir düşmüş mülkü vətəndaşlarını bir- birləri ilə cinsi əlaqəyə məcbur edən ermənilər onları kamera ilə çəkirdilər.”


 Bu cümlələr şahidlərin ifadəsi, MTN-nin məlumatları, “Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası”nın hesabatları, müharibə iştirakçıları, erməni müəlliflərinin yazdıqlarına əsaslanan bir məqalədən götürülüb. Bu erməni əsgərlərinin, erməni millətindən olan bütün yaş, cins təbəqəsinin əlinə keçən əsir və ya girov düşən azərbaycalılara etdiyi işgəncələrin kiçicik bir hissəsidir.

 

Bakı 2 yaralı ermənini müalicə edib İrəvana qaytardı


Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Adalet.az məlumatın mətnini təqdim edir:
Azərbaycan Respublikası humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabr 2021-ci il tarixdə 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil vermişdir.
Sözügedən şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 03.03.1993-cü il təvəllüdlü Aramyan Arin Jirayeviçdir. Bu müddət ərzində Aramyan Arinə zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilmişdir.


Təhvil verilmiş digər şəxs - 13.09.2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılmışdır.
Aparılmış ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilmişdir.


 Azərbaycan dövlətinin və xalqının haqqını heç bir erməniyə halal etmirəm.


Əntiqə Rəşid
 

Digər Xəbərlər