adalet.az header logo
  • Bakı 3°C
  • USD 1.7
01 Dekabr 2021 16:46
354
GÜNDƏM
A- A+

Prezidentdən kiçik sahibkarlara dəstəklə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilir (əlavə olunur).

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq sahibkarların məhsullarının satışını təşviq etmək məqsədilə zəruri tədbirlər görmək tapşırılır.