SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  52287   |  
Şriftin ölçüsü  

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

 

                                                                       ***

Nərgiz Əziz: "Adamı belə-belə məhv eliyirlərmiş.. Gözüvü açanda tamam başqa həyatda, sənə aid olmayan yerdə tapırsan özüvü. Və başqalarının yaşadığı həyat istəsən də, istəməsən də özünü sənə sevdirməyə çalışır. Mənim hələ vergülünü qoymağa qıymadığım yaşamıma, kimlərsə silinməz mürəkkəblə nöqtə qoyur. Ya da çalışır bunun üçün..


                                                                       ***

MirHəsən Seyidov : "Paylaşmaq xatirinə paylaşmaq yox, oxuyub bir təcavüz tarixini necə sadə dildə izah etmək mümkün idi onun fərqinə varmaq lazımdır”


                                                                       ***

Nailə İsmayılova: " Bir insanın ətrafına verəcəyi ən gözəl pozitiv enerji kiçicik bir TƏBƏSSÜMdür... Onsuz da o enerji yenə də sənə qayıdacaq (bumeranqı unutmaq olmaz, baxmayaraq ki, onun atılması da, geri qayıtması da bir əyləncədir)...


                                                                       ***

Anar Tağıyev : "Heyif sənə xərclədiyimiz şəkərburalara, paxlavalara ay bahar, şox heyif...


                                                                       ***

Rza Rzayev : "Istanbula kitab oxumağa geden var?! 15 dene yeni kitab almışam! 3 aya 30 kitab oxumağı qarşımıza meqsed qoymuşuq... Kitab oxumaq isteyenlere kitabı pulsuz verecem


                                                                       ***

Afaq Vasifqizi: "Bir məclisdə danışdılar ki bəs qonşu oğluna Fəlakətin kostyumundan tikdirib. Soruşdum nə Fəlakət? Fəlakət kimdi ki? Mənə elə rişxəndlə baxdılar ki dediyimə peşman oldum. Allaha and olsun utandım. İnternet sağ olsun - öyrəndim ki zay bir personaj imiş. Bax millət ona görə bu gündədi. Zaylar və səviyyəsizlər tirajlanır. Əsl fəlakət budu”


                                                                       ***

Oral Aliyev: "Kişilər yalnız o qadınlarla xoşbəxt olurlar ki, o qadınların asma pərdəli evdən daha böyük xəyalları və istəkləri olur....


                                                                       ***

Şəfəq Ağacan: "İndiki zəmanədə sevgi əvvəl cibə sonra ürəyə ziyandi....


                                                                       ***

Mirvari Nəzərova: "İnsanın bütün yaxşı və pis keyfiyyətləri pulu çox olanda ortaya çıxır


                                                                       ***

Gülanrə İlham: "Əslində, yaxşı futbol oynamaq üçün çoxlu ədəbiyyat oxumaq lazımdır”


Sübhan Mahmudlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK