adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ÜMİD SÖNMƏYƏN YERDƏ...

FAİQ QİSMƏTOĞLU
99012 | 2015-06-08 18:44

Bu yerlər mənimüçün çox doğmadır. Ən azından ona görə ki, qanımız, dilimiz və dinimiz birdir.Kiminlə görüşürüksə, şirin dildə deyir: "Əfəndim, heç də darıxma, hər şeyyaxşı olar". İstanbulda Yedditəpədəkiklinikanın ikinci mərtəbəsinə qalxırıq. Çünki bizi burda professor, doktor Müzəffərbəy gözləyir. İki gün əvvəl verdiyimiz analizin nəticələrini bilməliyik. Nəyaxşı ki, Bakıdakı dostumuz Məhəddin bəybizi bu ünvana göndərib. Bəlkə də ləngisəydik, hər şey gec olardı. Ümumiyyətlə,Bakıda çox dostlarımız bizə ürək-dirək verdi.Tanınmış kardioloq, tibb elmləri namizədi Rafiq Yusifli, "Qranthospital"ın həkimi Rasim Mehdiyev nəticələrə baxandan sonra dedilər ki, budərdin əlacı Türkiyədədir. Çünki onların hər cür texnoloji imkanları var ki, dəqiqanalizlər eləsinlər və düzgün müalicə aparsınlar. 

Qardaşım çox həyəcanlıdı.Hiss eləyirəm ki, analizlərin nəticələrini gözləmək onun üçün bir qədər də çətindir. Belə ki, Bakıdakıdurumu onu o qədər qorxutmuşdu ki, hətta İstanbulda gecələr narahat yatırdı. Ancaq ürəyində elə də birsıxıntı yox idi... Müzəffər bəy bizi otağına dəvət edir. Deyir ki, Məhəddin bəyin dostları mənim dostlarımdı. Heç qəm eləməyin, hər şey gözəldi. Analizlərin nəticələrini almışam, ürək hüceyrələrininçoxu sağlamdır. Deməli, qardaşınızınyaşamaq ümidi çoxdur. Və bu günonun həyatı üçün elə bir təhlükə yoxdur.

Sonra üzünü bizə tərəf tutur və dillənir: "Bəylik düzündə"Mediçana" internasional xəstəxanası var və orda çox tanınmış ürək-damar cərrahı işləyir. Bu professor, doktor Mehmet Saleh Bilaldır. Əgər o, bu işi üzərinəgötürsə, heç bir problem olmayacaq. Təki hər şeyi üzərinə götürsün. Mobil telefonlaMüzəffər bəy Mehmet Saleh Bilalla danışır və bizim barəmizdə məlumat verir. Daha doğrusu,qardaşımın analizlərinin nəticələriniona çatdırır. Biz onun səsini eşitməsək də ümidli bir cavabı hiss edirik:"Gedin Mehmet bəyin yanına. Sabah saat 12-də sizi gözləyir".

Sabahı günü saat12-nin yarısında "Mediçana" klinikasında oluruq. Professor gəlməmişdənöncə stolun üstündəki jurnalı vərəqləyirik.Burda professor, doktor Mehmet SalehBilal haqqında çox maraqlı məlumatlar var. Oxuyuruq ki, o, Amerikada, Almaniyada, Hollandiyada və digər Avropa ölkələrində çalışıb və çox mürəkkəb,türklərin dili ilə demiş olsaq, qəlb əməliyyatları aparıb. Bu əməliyyatlar deməkolar ki, hamısı uğurlu alınıb. Belə ki, ənçətin əməliyyatları Mehmet bəy peşəkarlıqla apararaq xəstələrə həyat verib. Təbiiki, hər şey Allahın köməkliyi ilə olub.

Saat 12-nin yarısı. Çöhrəsindən nur yağan,ortaboylu bir insan otağına daxil olur.Sonra dönüb biz tərəfə baxır və deyir: "Müzəffər bəyin göndərdiyidostlar sizsiniz? Beş dəqiqə gözləyin, qəbuledəcəm". Beş dəqiqədən sonra biziiçəri dəvət edir. Ancaq qardaşım çöldə olmaqla oğlu, qudası və mən Mehmet bəyin yanınatəşrif buyururuq. Yenə bizi əvvəlkisəmimiyyətlə dinləyir və sonra təqdim etdiyimiz analizlərin nəticələrinəbaxır. Sifətinə yenidən nur çökür: "Bu xəstəni əməliyyat eləsəmqorxmaz ki?" Qudası Əli müəllim şirin bir ləhcə ilə ona cavab verir:"Əməliyyat etməsəniz qorxar. Əgər ona desəniz ki, əməliyyat etməyəcəm, baxonda birtəhər olar".

Mehmet bəy yenidəndillənir: "O qardaşı içəri çağırın. Qoy özünü danışdırım və inandırım ki, əməliyyatçətin olsa da qorxulu deyil. Allahın köməkliyiilə onu həyata qaytara biləcəyik".Professor Mehmet bəy qardaşımla o qədərsəmimi söhbət edir ki, bir anlıqonun içindəki qorxu, stress əriyib gedir. Mehmet bəy ona deyir: "Sənə bir əməliyyat yapacam və özünü əvvəlkindən dəyaxşı hiss edəcəksən. Analizlərin nəticələri mənə çox böyük ümid verir.İnanıram ki, bu əməliyyat uğurlu alınacaq".

Professorun yanından dördümüz də sevinə-sevinəçıxırıq. Sevinirik ki, Müzəffər bəy kimiMehmet bəy də bizim qəlbimizdəki ümid çırağını alovlandıra bildilər. Sevinirdim ki, qardaşım nə yaxşı özü iləBakıdan gətirdiyi sıxıntını, stressi ata bildi. Elə oldu ki, əməliyyatbir həftə ləngidi. Bunun daobyektiv səbəbi vardı. Çünki Bakıda qəbul etdiyi dərmanlar onun səhhətində müəyyən problemlər yarada bilərdi.Bir həftəlik müalicədən sonra hər şey yoluna düşdü.

Qan məsələsinə gələndəisə, bizim heç birimizin qanından istifadə olunmayacaqdı. Mehmet bəy dedi ki, əməliyyatgünü isti qan bankımızda olacaq. Bizdəbelədir ki, hər hansı insanın həyatını xilas etmək üçün təmənnasız olaraq qan vermək istəyən çoxlu sayda insanlar var.Və qardaşım da əməliyyat olunan günçoxlu sayda türk qardaşımız qan veriblər. Qardaşımın damarlarında indi həmin türk qardaşlarımızın qanı axır. Bu millətin böyüklüyünə, bizi qardaş kimi sevməsinə qibtə edirəm. Türkiyəni görəndənsonra o millətə, o xalqa məhəbbətimon-on beş dəfə artıb. Hamısının dilindən bu kəlməni eşitmişəm: "Biz birmillət, iki dövlətik".

İyunun 2-də professor, doktor Mehmet Saleh Bilalqardaşımın ürəyində çox ağır bir əməliyyataparıb. Və bu əməliyyat şükürlər olsun ki, gözlənildiyindən də yaxşıolub. Onun beş damarı dəyişdirilib. Professor deyib ki, əməliyyatgözlədiyimizdən də uğurlu alınıb. Beşinci damarı qoyan kimi ürək işləməyə başlayıb. Professor, doktorMehmet bəy indiyə kimi yüzlərlə insanın ürəyində cərrahiyyə əməliyyatı aparıb vəonları həyata qaytarıb. Hətta ürək işləyə-işləyə o əməliyyatıpeşəkarlıqla yerinə yetirib. Sevinirəm ki, nə yaxşı qardaş Türkiyədə bu cürdünya şöhrətli ürək-damar cərrahları var. Yoxsaəks təqdirdə biz insanlar Almaniyaya, İsrailə, Amerikaya üz tutmalıyıq.Nə yaxşı ki, Avropada təhsil almıştürk qardaşlarımız səhiyyəni dünya səviyyəsində inkişaf etdirə biliblər.

Əməliyyatdansonra professor, doktor Mehmet bəyin çöhrəsinə yenidən nur hopur. Qardaşımdeyir ki, ayılanda başımın üstündə Mehmet bəyi gördüm və elə bildim ki, o,Allahın yerə göndərdiyi bir mələkdir və mənixilas edib. Mehmet bəyin çöhrəsindəki nuru görəndə elə bildim günəşdoğur. Və həkim dilləndi: "Elxan bəy, keçmiş olsun".

Təki hər şey beləyaxşı sonluqla bitsin. İndi qardaşımın durumu əməliyyatdan sonra çox yaxşıdır, gəzir, telefonla danışır və yaxınları ilə görüşür. Təbii ki, onun ziyarətinəBakıdan gedənlər də var. İş yoldaşı Məhəddinbəy və digərləri ona baş çəkiblər. Bütünbunlara görə, qardaşım ilk növbədəAllaha və professor, doktorMehmet Saleh Bilala minnətdardır.

Ümid sönməyənyerdə həyat başlayır. Ümid sönməyən yerdə günəş doğur və insan yenidən Allah-Təalatərəfindən ona verilən ömrü yaşayır. Heçkimə ümidin sönməsini arzulamazdıq. Ənazından ona görə ki, həyat mübarizədir və çalışıb-vuruşursan, günlərin birgünündə də başının üstündə günəş doğur və yeni bir ömür yaşayırsan...



TƏQVİM / ARXİV