adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Iyun 2015 14:59
57714
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necə varsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                       ***

Jalə Mütəllimova: "Olimpiya oyunları məni bir şeyə də dəqiq əmin elədi. "Azərbaycan tamaşaçısı zövqsüzdür, cahildir, savadsızdır" deyirdi xeyli adam. İndi mən də deyirəm ki, özünüzsünüz zövqsüz, cahil və savadsız. O açılış, bağlanış mərasimlərinə bizim kənddən də bilet alıb gələnlər var idi. Deməli adamlara hər şeyi sırımaq lazım deyil. Adamlar zövqlü konsert, tədbir, veriliş istəyir. Olanda baxırlar, olmayanda abırlarına qısılıb susurlar. Heç onları söyənləri adam sayıb cavab da vermirlər...”.


                                                                       ***

Rza Rzayev: "Hemişə təzə köynek yox, amma həmişe temiz köynək geye bilərik!”.


                                                                        ***

Könul Quliyeva: "Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!”.


                                                                        ***

Sənan Nəcəfov: "Bir qrup facebook düdüyü var idi. Sabahdan onlar nə şəkil paylaşacaqlar? mətbuata nə açıqlama verəcəklər? onları yarışlar haqda gopa basmaqdan başqa rolda təsəvvür edə bilmirəm. ən gərgin vaxtlarda qaçıb gizlənən ekran qəhrəmanları, o qədər ürək bulandırdınız ki”.


                                                                          ***

Nərmin Həsənova: "Nə xoşdu Azərbaycanda. Bu xoş hissləri yaşamaq. Xalqımın qüdrəti, elimə Obama can sağlığı tutduqları işlərdə Sevinc dolu Qələbələr arzu edirem. Avropa oyunları qoy həmişə yaddaşlarımızda yaxşı hiss kimi yaşasın.Axırıncı yoox axarıncı olsun deyək. UĞURLAR AZƏRBAYCAN!


                                                                          ***

Sayman Aruz: "Adam var böyük dünyaya gəlir, adam var böyüklüyü əziyyətlə qazanır, adam da var ki, istəsə də, istəməsə də böyükdür...”.


                                                                          ***

Niyaz Niftiyev: "Bu gün özümə söz vermişdim ki, feyse girməyim, bir az kitab oxuyum... Amma arada vədimə xilaf çıxıb girdim - oxuduğum bir statusdan çox pis oldum. İnsanlar özlərini buraxıb, indi də ailə-uşağa keçiblər. Yapmayın dostlar, qarşı tərəf sizi nə qdər əsəbiləşdirsə, özünüzdən çıxarsa da, YAPMAYIN...”.


                                                                          ***

Vəsilə Vahidqızı: "Xaricə köçən bəzi azərbaycanlılar bizimlə söhbətləşəndə, fərqi yoxdur sosial şəbəkə olsun ya üz-üzə olsun, bizə "siz filan məsələni filan cür edirsiniz" deyirlər. Onlar üçün öz milləti, öz xalqı çox asanlıqla "SİZ" olur. Bu sizləşmə prosesinin belə sürətlə getməsini bəzən anlamaq olur, bəzən də heç cür”.


                                                                          ***

Xəqani Səfəroğlu: "Feysbuk çayxanaya dönür...Mözuların bir-birinə qarşıdığı bu uğultuda hərən nərd şaqqıltısı və domino şappıltısı da eşidlir.. Qazaxlar demişkən, "Dəmxana"dı.. ))) Çayçı Məhəmmədi çatmır...”.


                                                                          ***

Çingiz Bayramov: "Kimsə deyir ki, Azərbaycanlılarda birlik yoxdu və ya bu Xalqın fərdləri öz - özünü sevmir bu sözləri deyənlər ancaq və ancaq düşmən dəyirmanına su tökənlərdir. Birinci Avropa Oyunlarında bir daha əmin oldum ki, bu Uca Millət, öz - özünü, öz qonağını, öz Vətənini, öz dövlətini və öz rəhbərini, qəlbdən gələn Tanrı sevgisi ilə Sevir! Uca Milletimle fəxr edirəm!.”


Sübhan Mahmudlu