adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Iyul 2015 14:49
56932
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necə varsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                 ***

Vüsal Məmmədov: " Əvvəllər reket jurnalistlər yazını yazmaq üçün pul alırdılar. İndi taktika dəyişib: yazını yazıb, sonra saytdan çıxarmaq üçün pul alırlar”.


                                                                 ***

Azər Sarıyev: " Razıyam ki, iftara əsasən oruc tutanlar dəvət olunmalıdır. Amma kaslb, yeməyə ehtiyacı olanı oruc tutmasa belə, iftara dəvət etməyin nəyi pisdir ki? Zatən, oruc tutmanın əsasında dayan məsələlərdən biri də yemədiyini imkanı olmayana vermək deyilmi?”.


                                                                  ***

Şuşa Qalası : "AZƏRBAYCANIN MƏKKƏSİ, MƏDİNƏSİ - HƏR BİR AZƏRBAYCANLIYA DOĞMA ƏZİZ OLAN QEYRƏT QALAMIZ - MÜQƏDDƏS ŞUŞA QALASIDIR!”.


                                                                   ***

Gülşən Tanrıdaş: "Məni silənlər yenidən qayıda bilərlər, məndən silinənlər qayıtmasalar yaxşıdır..”.


                                                                   ***

Ceyhun Musaoğlu: "Dostlar daha aydın olsun deyə, bu mənzərəni canlandırmağa məcburam. Lütfən, sızıldamaq anlamına gəlməsin və məni tanıyanlar bilir ki, belə xarakter təbiətimə ziddir. Dostlar, mən bu aydan o aya borcla çıxıram, ancaq nikbinliyimi, sevgimi, ətə, çörəyə, pampersə qurban vermirəm. Normaıda 5 gün, 8 saat işləməliyəm, 7 gün 15 saat işləyirəm. Saytlara, qəzetlərə yazıb, qonorar alıram, layihələr üzərində çalışıram. Və məlum regionların heç birindən deyiləm. Və hakimiyyətdə təmsil olunanların heç biri ilə qan qohumluğum yoxdur. Sadəcə bacarıqlıyam. Çətin iş tanımıram. Hə... bir də sevirəm, ancaq sevirəm. Mənim də sevgini nifrətə qurban verdiyim vaxtlarım olub. O anları ömrümə yazmadım. İnsan sevəndə yaşayır. Pul o qədər də aşağıda deyil ki, ona əyilək. Düz yaşamaq gözəldir”.


                                                                    ***

İlqar Rəsul: "Bəxt, qismət, uğur, bacarıq, savad, hətta istedad belə sonrakı məsələlərdi. Səviyyə başqa şeydi. Şəxsiyyət yəni..”.


                                                                    ***

Aysel Vəlizadə : "Başqalarının arxasınca danişmaq, hərəkətlərini müzakirə etmek ancaq boş-bekar adamlara aiddir. Öz üzərində çalışan, özü ilə məşqul olan insanların başqasını müzakirə etməyə vaxtı qalmır. Nəticədə də, qazanan, irəli gedən daim öz çatışmazlıqları ilə məşqul olub, özünü inkişaf etdirən şəxslər olur. Digərləri isə illər kecsə də, elə ancaq başqaları ilə məşqul olmağa davam edirlər, heç bir irəliləyiş əldə etmədən”.


                                                                      ***

Şəhla Cavanşırqızı: "Xoşbəxt olmaq üçün cəsarət lazım! Bacarana eşq olsun”.


                                                                       ***

Seymur Qasımbəyli: "Hər kəsin bildiyi həqiqət heç kəsin demədiyi yerdə yalan olar."


                                                                       ***

Əvez Rüstəmov: "Nə qədər od püskürən var imiş bu ölkədə. Yəqin ona görə Azərbaycana "Odlar yurdu" deyirlər... Jurnalistikamızın hörmətli uzman sayt maqnatları, bu odu ucdantutma hamıya püskürtdür(t)məyin. Ağızlarının imkanları düzgün hesablanmayıb. Odu tərkibində digər qatqılar yer alır...”.


Sübhan Mahmudlu