adalet.az header logo
  • Bakı 18°C
15 Sentyabr 2015 12:07
65589
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəniAdalet.az. Yayaq ki, çox tanınasınız. Necə varsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                     

                                                                ***

Azər Sarıyev: "Əvvəl Rusiyada ali məktəb qurtaranlar komplekslə qayıdırdılar ölkəyə. Sonra Türkiyədə, sonra da Avropada və Amerikada universitet bitirənlərin yelindən yanlarından keçmək olmurdu. Başa düşürəm, oralarda təhsilin səviyyəsi yüksəkdir. Amma Bakıda sovet təhsilindən çıxmış oxumuşlar var ki, sizi cibində gəzdirər. Ona görə də xitab edəndə, baxın ki, qarşınızdakı kimdir. Yoxsa, o gün uşağın biri yüz ilin jurnalistinə ağıl öyrətməyə cəhd edirmiş. İndi həmin qocaman jurnalist abır yiyəsidirsə və sənə " ay bala, bir az aralıda oyna" deyib qəlbini qırmaq istəmirsə, sənin həyana nə gəlib, ey Allahın yazığı?”.


                                                                ***

Rza Rzayev: "Dostlar deyir ki, baş verənlərə niyə münasibət , mövqe bildirmirsən, deyirəm ki, 3 il bundan öncə bu gün baş verəcəkləri yazdım, indi nə deyim ki... Dəyişiklik lazım, mövcud olanı qorumaq üçün, həm də mütləq lazım ! Satqınlar çox olacaq, amma onları siz yetişdirmisiniz, siz yedirtmisiniz, biz zamanıda dedik , yazdıq. Oxumaq istəyənlər- Biz olmaq istədiyimizdən fərqli ola bilməyəcəyik. - adlı məqaləmi oxusun, onda bunları söyləmək çətin idi, amma biz çətini gözə aldıq, hətda töhmət də aldıq, üzümüzə də durdular, şər- böhtanda atdılar, amma dəyişəcək dediklərimiz oldu, bizə qalan indi- mövqeyimizi dəyişməməkdi, heç zaman dəyişməyən budu ancaq!”.


                                                                  ***

Seymur Qasımbəyli: "Mətbuatda "öldü" sözünün işlədilməsinin əleyhinəyəm. Çünki bu söz olduqca ağır ifadədir. Həmkarlarım unutmamalıdır ki, onların xəbərlərini dünyasını dəyişən insanların yaxınları da oxuyur”.


                                                                   ***

Anar Bayramoğlu: "Həyatda iki şeyin çox olması zərərlidir - Gözəllik və Zənginlik... Bunların ikisi insana mutsuzluqdan başqa bir şey verməz....”.


                                                                    ***

Mehriban Zeynalova: "Qadınlar daha işgüzar və daha sabitdir... onlar verdiyi sözə əməl edir... bu günlərdə görüşdüyüm qadınlar bu qənaətimi daha da möhkəmləndirdi...”.


                                                                     ***

Xalidə Xalid: " Aciz və qorxaqlara yazığım gəlir... Güc nə varda, nə də dövlətdə deyil. Var-dövləti olub, cəsarəti olmayan, özünün deyil, başqalarının nə düşünəcəklərinə önəm verənlərdən yazıq qul yoxdu... Mənəviyyatı zəngin olmayanın, dünyası qara olur..”.


                                                                      ***

Elşad Məmmədli: "Təklif edirəm ki, ölkədə Avropa maşınlarının istifadəsinə və idxalına qadağa qoyulsun. Yanıb tökülsün bizə köhnə maşınlarını sırıyan avropalılar. Gedək hərəmiz biz NAZ alıb nazlanaq))) NAZ deyəndə aglınıza başqa şey gəlməsin ee, bu sadəcə Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi maşındır. Belə də ki, pis maşın deyil.”.


                                                                      ***

Sənan Nəcəfov: "Uşaqların şeir əzbərləməsinə, buna görə əziyyət çəkməsinə nifrət edirəm. Başıma gəlib, nə zəhlətökən, süni,mənasız şey olduğunu gözəl bilirəm. Şeir-meir, poeziyaya vurğunluq mənlik deyil. Əlqərəz. Bayaq məktəbdə uşaqlar zorla şeir deyirlər. 1-ci sinif şagirdi uca səslə kupletini dedi. Əvvəlki sözlər yadımda deyil, ancaq bunu eşitdim: -salam elmə, savadaaaaa Amma...uşaq bunu elə tonla, elə intonasiya və ləhcə ilə dedi ki, "salam" sözü tamam başqa cür səsləndi. Bununla da məktəbə gedən uşaq elmə, savada "salam" sözünü kiçicik dəyişdirməklə altşüaurunda gizlənmiş formada münasibət bildirdi və nöqtə qoydu”.


                                                                      ***

Şərafət Şəfa: "Bir şeyi qazanmaq üçün mütləq nəyi isə qurban verməlisən!! Bu aksiomadı!! Amma bununla belə dəyərləri qurban vermək olmaz!!! Barı nisbi də olsa "olmaz"lar qalsın!!!! Çalışın ki, qalsın!! Onlarla birgə siz də dəyərdə qalarsız!! Bu olmazlarla birgə inam da ölür, UNUTMAYIN!!!”.


                                                                      ***

Mənsur Rəğbətoğlu: "Tələbələr gəldilər, kartof və makaronun qiymətini yenə mancanağın çömçəsinə qoyub qaldıracaqlar göyə”.


Sübhan Mahmudlu