adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Sentyabr 2015 13:20
61047
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az.Yayaq ki, çox tanınasınız . Necə varsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                          ***

Elgün Mənsimov: "Ay başınıza dönüm, etməyin, eləməyin! Buranı qapısı açıq məscidlə qarışıq salmaq olmaz. Bir az etika, bir az ədəb, bir az da ərkan gərəkdir. Odur ki, nə özünüzü güldürün, nə də, güldürəni. Bəli, atalar deyib ki, palaza bürün, elnən sürün. Ta deməyib ki, küyə düşün, deputat olun...”.


                                                                          ***


Tünzalə Xəlilova: "İşıq üzrə qaynar xəttə zəng etmişəm.Adresi deyəndən sonra daha dəqiq olsun deyə transformatorun nömrəsini dedim.KTM....... Operator gülüb deyir ki, nə yaxşı bunun nömrəsin də bilirsiz)))) Dedim 7 ildir e sizə zəng edirəm)))))) Daha demədim ki, qaz idarəsinin işçiləri isə mənim nömrəmi əzbər bilirlər)))) Mən qışı bu probləmlərə görə sevmirəm də”.


                                                                           ***

Xəqani Səfəroğlu: "Ciddi jurnalistikanı bərpa etməyin vaxtı gəlib çatmadımı? Doğru təhlil, dəqiq informasiya, ciddi analiz.. Özünü bu ölkənin taleyinə cavabdeh hiss edənlər ətrafında nə baş verdiyindən xəbərdar olmalıdır..Dövlət və cəmiyyət internet əsrində cövlan edən yalan və şaiyə şəbəkəsinin təhdidlərindən sığortalanmayıb. Cəmiyyətin inandığı saytlar, xəbərlərinə etibar etdiyi internet-qəzetlər formalaşmalıdır. Düzdür, az sayda mövcuddurlar, amma hələ çox kövrəkdirlər. Bu saytlar informasiya "vitrinində" aparıcı yerləri tutmalıdır. Bəsdir onlayn oyuncaqla oynadıq...”.


                                                                           ***

Xalid Kazımlı: "Yollarda qəza təhlükəsini iki tip sürücülər yaradır: həddən artıq bərk sürənlər və həddən artıq yavaş sürənlər. İkincilərdə təcrübə və özgüvən çatışmır, birincilərdə - mərifət və ağıl...”.


                                                                           ***

Sayman Aruz: "İndiki zamanda vəfalı insan tapmaq Bakı toylarında qalstuk tapmaqdan daha çətindi...”.


                                                                           ***

Səidə Haqverdiyeva: "Adama bir iki nəfər tərif deyir adam elə bilir ki, cahanı bu yaradib bütün insanlar buna borcludu. Və bu hər kəsi idarə edə bilər... o qedər məhşurdu ki, Roma Papası adı gələndə ayağa durur... bir az sadə olun noolar bir azca siz ölənlərinizin goru...”.


                                                                           ***

Nigar İsfəndiyar: "Ədəbiyyat sırtıqlıq götürmür. Azca yavaş gedin a gənclər, hələ yolunuz yorğadı, səbr edin. Hələ görün o başa çıxa bilirsizmi?”.


                                                                           ***

Nigar Mahmudova: "Sosial şəbəkələr insanların yazı tərzini belə dəyişib. Hərfləri uda uda yazırlar”.


                                                                           ***

İradə Cəlil: "İnsan qarşısındakından istifadə edə bilmədyini görəndə "dəyişmisən" deyər...”.


                                                                           ***

Nailə İsmayılova: "Son zamanlar Həcc Ziyarətində baş verən hadisələrdən çox yazırlar... Bu yerdə üzünü belə görmədiyim babamın bir fikri yadıma düşdü ((ANAmın dediklərindən): - Elə bir vaxt gələcək və insanlar o qədər cılızıaşacaq ki, şahtikan (kəndlə əlaqəsi olanlar bilirlər, ona qaratikan da deyirlər) topasının arxasından birbirinə tüfəng atacaqlar. Deyilənə görə babam müdrik insan olub, ibadətlə məşğul olub. ANAmın dilindən eşitmişəm, deyərdi ki, ATAM övliya kimi adam olub. Amma Cahandar babam Həcc Ziyarətində olmamışdır...”.


Sübhan Mahmudlu