adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Oktyabr 2015 12:54
61526
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az.Yayaq ki, çox tanınasınız .Necə varsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                         ***

Sədan C Bunyad: "Bizim insanımız ilk öncə "yox" deməyi öyrənməlidir. Yox, gəlməyəcəm. Yox, verə bilmərəm. Yox, istəmirəm. Qısa və konkret. Bu halda qarşımızdakına hörmət etmiş oluruq.
Bahanələr axtararkən göstərdiyimiz creativliyi isə digər sahələrə tədbiq etməliyik”.


                                                                         ***

Rza Rzayev: "Ağrıyırsan, amma ağrıyan yerini bilmirsən, deməli, - başqası üçün ağrıyırsan, yeri olmayan ağrı -başqadı!”.


                                                                         ***

Firdovsi Fərzəliyev: "Metroda platformada dayanan sərnişinlər qatar yaxınlaşanda başlayırlar soyunmağa. Biri pencəyini çıxarır, biri gödəkcəsini, başqası kəmərini bərkidir. Tam bir döyüşöncəsi həyəcan hakim kəsilir hər kəsə. Çünki bilirlər, qatara boğuşmağa girirlər. Tam bir savaş meydanı olur içərisi. Lakin digər döyüşlərdən yalnız bir fərqi olur. Orda qalib olmur, hamı məğlubdur”.


                                                                        ***

Müşfiq Əmirov: "İnciklik keçib gedər amma güvən qayıtmaz."


                                                                         ***

Nigar Mahmudova: "Nəticəsi olmayan çox şey mənasızdır!”.

                                                                   

                                                                        ***

Mirzə Sakit: "ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mənim yaratdığım ASP-yə (Azərbaycan Səylər Partiyası) üzv olmaq üçün rəsmi ərizə ilə mənə müraciət edib.. Amma onun ərizəsini dərhal geri qaytardım, çünki bizə riyakarlar yox, səylər gərəkdir.. Rədd olsun Sekuta və Amerika zadı ...!!...”.


                                                                         ***

Elçin Mirzəbəyli: "Ayağınızın altını qazanlardan qorxmayın... Onlar zatən ayağınızın altındadırlar”.


                                                                        ***

Sahib Məmmədov: "Seçici hiss etməlidir və görməlidir ki, namizədin onun səsinə ehtiyacı var. Kampaniya bu cür qurulmalıdır. Belə təşviqat kampaniyası təşkil etmək üçün səmimi olmaq birinci şərtdir. Qalanlar sonra gəlir. Mən dünən (14 oktyabrda) belə bir görüşü canlı olaraq izlədim”.


                                                                       ***

Vəsilə Vahidqızı: "Bir neçə il əvvəl canlı yayımdaydıq və deputatlığıa namizədlər çıxış edirdi. Biri nə ağıl elədisə xalqı Ramazan bayramı münasibətilə təbrik etdi və o andaca səhv etdiyini anladı. Bayram filan deyildi. Canlı yayımdaca dedi ki, bunu yayımlamaya bilərsinizmi? Hamımız təəccüblə baxırdıq... Görək, bu il kimlər gəlir".


                                                                       ***

Nailə Əliyeva: "Görəsən, şeytana niyə kor şeytan deyirlər.Yəni onu görən olub?Olmayıbsa, nə bilirlər ki, kordur?(lənət sənə kor şeytan misalına istinadən soruşuram)Bilən varsa, xahiş edirəm, bizə də məlumat versin”.


Sübhan Mahmudlu