adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Oktyabr 2015 13:01
62965
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az.Yayaq ki, çox tanınasınız .Necə varsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                        ***

Cəlil Cavanşir: "Siz seçki-zad söhbətini həqiqətən boş verin. Günlərdir ölkədə seçki havası yox, xəngəl havası hökm sürür. Seçkiyə sonra baş qoşarsınız, imkanı olanlar xəngəl yeməyə səsləyirəm”.


                                                                        ***

Daşdəmir Tağıyev : "Yanımda olmayan birinin daim ağlımda olması çox pisdi…”.


                                                                        ***


Nicat Hüseyn Dağlar: "Əziz dostlar, möhtərəm namizədlər! Bu elektron səsverməni boş verin getsin. Tamamilə mənasız bir şeydir. Vaxtınızı, enerjinizi başqa işlərə sərf edin. Diqqət yönəltməli olduğunuz vacib istiqamətlər var. Ötən seçkilərdə namizədlərdən birinə elektron səsvermədə qalib olması üçün bir xeyli dəstək verdik. Təbliğat işləri, seçicilərlə görüş - filan qalmışdı bir tərəfdə. Qərəz, uzun çalışmaların nəticəsində həmin namizəd yüksək səs faizilə qalib oldu. Elə bildi ki, bununla deputatlıq məsələsi də öz həllini tapacaq. Amma tapmadı. Elektron səsvermədə cəmi 12 səs yığmış adam deputat seçildi”.


                                                                         ***

Ayşən Ayxan: "Sual vermişdilər ki, toylarımızda mənasız hesab etdiyin adətlər hansılardır? Elə toyun özü. Qısa və lakonik. Toyda mənalı olan nədir guya? Baxın adı elçilikdən tutmuş, toy mərasiminə kimi yüz dənə şey sayaram ki, həqiqətən gərəksizdir. Bərli-bəzəkli səbətlərə şirniyyatları, şokoladları doldurub gətirirlər. Nəyə lazımdır onlara o qədər pul vermək? Qız evi onun hamısını yeyəcək? Yeməyəcəksə niyə ona pul verirsiniz? Ümumiyyətlə mənası nədir? Ya olsun gedib qıza paltar alırlar. Çox mənasız adətdire. Qız özü işləyib, istədiyi paltarı ala bilmir? Niyə gedib qaynana, baldız ona paltar seçməlidir? Ya beş-altı min pul verdiyiniz o gümüşdən seçilməyən dəst? Toydan-toya taxdığı bir şeyə niyə 5-6 min pul verməlidir ki, bir insan? Olsun o fışfışlı gəlinlik? Sadə ağ libas və kiçik mərasim olsa xoşbəxt olmayacaqlar? O qədər xərc tökürsünüz, ondan qazanan yalnız bir tərəf var, o da kapitalizm. Di gedin. O qədər pul tökməkdənsə o pulları yığıb özünüzə gün ağlayın. Yazıqsınız”.


                                                                          ***


Elnur Hidayətoğlu: "İlahi, nə qədər reket sayt olar? Gündə 10-15 nəfərə güclə xəbərlərini oxutduran bu saytlar əsilində bir quldur şəbəkəsidir. Deməli, bu şəbəkədən olan saytlardan biri hansısa bir məmurdan və ya biznesmendən yazmağa başlayır və dərhal o şəbəkənin digər üzvlərinə xəbər verir ki, filan xəbər "əsas hədəfimizdi" və bunu siz də qoyun sayıtınıza...""copy past" o qədər sürətlə həyata keçirilir ki, "xəbəri" birinci verən sayt hansı redaktə səhvi buraxmışdısa, bu hamısında təkrarlanır. Adətən normal jurnalistikada hansısa bir xəbərin ardınca düşülərsə, hadisə haqda yeni məlumatlar əldə olunarsa, xəbərin ardı olur, inkişaf etdirilir. Amma bu şəbəkədə sistem bir qədər fərqlidir. Hədəf seçilən "xəbəri" bir gün versələr dərdyarıdır, sabah, biri gün, tabiri gün həmin xəbər sadəcə başlığı bir balaca dəyişirilərək yenidən "şəbəkəyə" buraxılır və bu günlərlə davam edir. Ta o vaxta kimi ki.... Əksəriyyətinin yeri-yurdu yoxdur. Saytın ofisi varmı və ya hansı ünvanda yerləşir? Buda bəlli deyil, adətən ünvan məqsədli şəkildə gizlədilir, saytda göstərilmir. Əsilində bu "şəbəkə" saytları bir və ya iki nəfər "qoca qurd" tərəfindən idarə olunur və inandırım sizi ki, onları nəyinki cəmiyyət, həqiqətən jurnalist olanlar belə tanımır. Seçki öncəsi bu saytlar xeyli aktivləşiblər. Fikirimcə Mətbuat Şurası bu cür saytların monitorinqini aparmalı və ciddi bir tədbir görməlidir. Bunlar sözün bütün mənalarında jurnalistikaya ləkədir. Şəxsən mənim fikirimcə bu "şəbəkə dələduzluğu"-dur. İnandırım sizi ki, belə saytları normal xəbər saytlarından seçmək o qədər asandır ki...Ən azında yazdıqları xəbərlərdən aydın olunur, kim nəyə qulluq edir...”.


                                                                          ***

Elmin Xansəfaoğlu: "Heyif deyildi əvvəllər , namizədlər İTV də çıxış edərdi bizdə baxıb gah gülər gahda təssüflənərdik. Təəəssüflənərdik ki, gör səni kimlər milli məclisdə təmsil etmək istəyir ey uca millət.

P.S: Bu il nə qədər elə namizəd var , heyif pulsuz efir vaxtı yoxdu”.


                                                                          ***

Gülnar Məsimli: "Heç bir şeydən hər şey məhv ola bilməz... Saatların, günlərin, ayların və illərin hər bir qalağıdı hər şeyin niyəsi... Hər şeyin səbəbidi "niyələr"…”.


                                                                          ***

Ləman Piriyeva: "Gözəl əxlaqlı insanlar aşiqləri ilə birlikdə yaradılmışdır”.


                                                                          ***

Anar Tağıyev: "İnsanları sevmək üçün özün özündən boşanasan gərək”.


                                                                         ***

Sevinc Əlizadə: "Zəiflər bizləri öz gücümüzdən utandırdıqları üçün qalib gəldilər.. Nitshe... Bəzən səmimiyyət böyük uğursuzluğun əsası olur....”.


Sübhan Mahmudlu