adalet.az header logo
  • Bakı 19°C
30 Oktyabr 2015 16:02
59978
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az . Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                          ***

İlqar Rəsul: "Bundan sonra çox içən açarını yox, kartını itirəcək”.


                                                                           ***

Nəsimi Nəbizadə: "Deyir, araqdı, siqaretdi, kart sisteminə keçir... görəsən o kartların içində "postayannı" da var...?”


                                                                           ***

Rəşad Məcid: "Bu şeir olayında bəzi ciddi, müdrik hesab elədiyim adamların da kütləyə qoşulub küyə getmələrinə təəccübləndim. Kütləvi psixoz zamanı şairi sözünə görə linç edənlərə qarşı kim durmalıdı? Kim əlinə qılınc götürüb şairin qanına susayanlara dayan deməlidi?! - Agıllı,təmkinli insanlar və ciddi media! Əgər bunlar da axına qoşulub soyuqqanlı münasibət sərgiləyə bilmirlərsə, bu cox acınacaqlıdı ! Şair taleyində rolu olan adama bu cür minnətdarlıq bildirib. Ola bilsin, bir az indiki statusda bu yersiz çıxıb. Amma şair səmimi olub, vəfa, etibar, sədaqət və minnətdarlıq duyğusunu bu cür catdırmağı məqbul sayıb. Heyif ki indi cəmiyyətimizdə - xüsusən saytlarda və sosial şəbəkələrdə çoxlu nankorlar, çörəyi dizinin üstündə olanlar, vəfasızlar, etibarsızlar və nadanlar (!) meydan sulayır. Əksinə olan insanlar isə çox vaxt susurlar ! Pis budur!”.


                                                                             ***

Jalə Mütallimova: "Rəisləri sevəndə də, söyəndə də, tərifləyəndə, hətta yarınmaq istəyəndə də ehtiyatlı olun...

P.S. Şəxsən mən elə şeri sevgidən belə yazmış olsaydım çap etdirməzdim”.

                                                                           

                                                                             ***

Anar Turan: "Bəzi adamların qənimi bilirsiniz nədir? Təkəbbür! Xüsusilə, diletant olduğu peşədə təsadüfən "əməkdar" alandan sonra yaranan təkəbbür lap gülməlidir. Hərdən beləsinə vəzifə verməyin və bir az "kukla" kimi oynadandan sonra həmin vəzifədən götürməyin özü də maraqlıdır... Həmişə qürurla təkəbbürü qarışdıranların necə kəllə-mayallaq gəldiyini çox görmüşük”.


                                                                             ***

Anar Bayramoğlu: "Yaşamağın çətin olduğu aydındır. Amma bizim cəmiyyətdə yaşamaq, özünü insan kimi hiss etmək lap çətindir, o qədər ağırdır ki...”


                                                                             ***

Aynur Camal: "Deyirlər, alimin heykəlini uçurmazlar, yıxmazlar. Bu, barbarlıqdır, alimə, elmə aşağı münasibətdir. Qəbul edirəm. Olmaz!!! Amma... Həm də anlamağa çalışıram alimin, akademikin ailəsində belə mərhəmətsiz, millətə yad, düşmən, humanizmdən uzaq, insanlara qarşı, öz xalqına qarşı bu qədər qəddar, kinli, sanki düşmənlərindən qisas alırmış kimi məkrli, şərçi... bir övlad necə yetişib? Onu necə böyüdüblər, ona nə yediriblər, nə içiriblər? Bəs ona əlifbanı öyrətməyiblərmi, əlindən tutub yazı yazdırmayıblarmı, kitab oxutmayıblarmı? Bu qədər də mənfi auraya bələnmək, yalnız və yalnız mənfi energetika daşımaq... ürək necə dözüb buna? Ümumiyyətlə, sinəsində ürək daşıyıbmı, daşıyırmı??? Haram və Halal nədir, bilibmi, İlahi ədalətin nə demək olduğunu bilibmi, bilirmi???... Nə isə...”.


                                                                             ***

Gülnar Məsimli: "Hər kəs birilərinin pislənməsindən zövq alar oldu... Zövqlərin bir belə xislətə köklənməsini izləmək dəhşətdi...”.


                                                                             ***

Xətirə Süleymanova: "Müəllim oğlumu əsəbləşdirib o vəziyyətə catdırıb ki, uşaq əsəbdən vurub əlini divara, əli sınıb.... Bilmirəm uşağı qınayım, yoxsa müəllimin "mədəniyyət"ini???


                                                                             ***

Vəsilə Vahidqızı: "Bəzi müğənnilər mahnı sözlərini istədikləri kimi dəyişdirir və mənasız alındığını hiss etmirlər. Məsələn: Araz axar su ilə, dəstə-dəstə gül ilə". Bu nə deməkdir ki? Necə yəni su ilə axar? Əslin bilirsiniz də:"Araz axar lil ilə". Biri də başqa bir mahnını belə oxuyur:"Mən yardan ayrılsam, yarım kam alar". "Əğyar kam alar"ı eləyib "yarım kam alar". Yəqin bilməyib ki, əğyar düşmən deməkdir”.


Sübhan Mahmudlu