adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Noyabr 2015 13:20
58245
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                             ***

Əmrah Fəqanoğlu: "Səhərlər işə gələndə, adətən, Xocalı prospekti ilə gəlib, "Xətai" metrostansiyasının qarşısından keçməli oluram. Hər dəfə də eyni mənzərə ilə qarşılaşıram. Belə ki, stansiyaya girən və stansiyadan çıxan adamlar piyada zolağı var deyə cərgə ilə düzülərək ağına-bozuna baxmadan özlərini yola atırlar. Sanki bunlar qatardı və birdən dayanıb gözləsələr, dəhşətli qəza baş verə bilər. Özü də yolu elə nazla keçirlər ki, zalım uşağı elə bil podiuma çıxıblar. Halbuki qanunda açıq-aydın yazılıb ki, piyadalar yerüstü piyada keçidindən istifadə etməzdən öncə yaxınlaşan avtomobilin sürətini nəzərə almalı və yolu cəm halında, mümkün qədər tez keçməlidirlər...”.


                                                                             ***

Kənan Hacı: "Bir nəfərə kitabımı vermişəm, qayıdasan ki, bunu öz başından yazmısan? Dedim hə, özüm yazmışam. Kitabı vərəqləyə-vərəqləyə içini çəkdi və dedi: Uy daaaa!”.


                                                                             ***

Zümrüd Abbas: "Hər zaman böyüklərimin tövsiyəsi olub ki, uğur qazanan insanın ünvanına onu ruhdan salan ifadə işlətməyin. Bilin ki, sizin düzgün hesab etdiyiniz məsələlərin görünməyən tərəfləri də var. Hər zaman insanlar haqda müsbət düşünün. Valideyinlərimin sözünə qüvvət olaraq qeyd etmək istəyirəm ki, uğur qazanan insanları təbrik etməkdən, sevinclərinə şərik çıxmaqdan başqa hər hansı bir "ifadəyə"ehtiyac yoxdur! Hər kəsə uğurlar!!!


                                                                              ***

Şəfəq Mürsəlli: "Çox hallarda savadlı insanlar haqda deyirlər ki, beyni elə bil kompyuterdi, biri də çıxıb demir ki, kompyuteri də insan kəşf edib. Bir az da öz beyninizin fərqinə varın, o beyinlərdə kim bilir neçə-neçə Nobellər yatır!”


                                                                               ***

Rza Rzayev: "Göz yaşımızı silmək istəyənlərin "dəsmalı" yoxdu, " dəsmalı" olan da yanımızda yoxdu!”.


                                                                         ***

Samir Salam: "Bu Məhərrəmlikdə sağ və sol ombalarının köməyi ilə bütün bədənini oynada-oynada mərsiyə deyənləri və sinə vuranları gördüm... "Ölürəm Həsən, ölürəm Hüseyn. Zeynəb, Zeynəb, Zeynəb, Zeynəb."

P.S : Ölsəydin canımız qurtarardı bu biabırçılıqdan”.


                                                                            ***

Zamin Vəzir Hacı: "Metro vaqonu söhbəti haqda konstruktiv təklifim: ümumiyyətlə, yaxşı olar kişilər və qadınlar ayrı yaşasınlar. Kişilər kişilərlə, qadınlar qadınlarla yaşasın. Bu şəkildə olsa namus-qiryət də qorunar”.


                                                                            ***

Anar Tağıyev: "Bir də məni facebookda kim dürtsə, mən də onu çimdikləyəcəm. İndidən deyirəm, özü də əlim yaman agırdır ha...”.


                                                                              ***

Könül Quliyeva: "Özünü sevmək, özündən başlayan bir sevgi ilə ətrafa açılmaqdır”.


                                                                                ***

Xalidə Gərayeva: "Bu qadınlar üçün axrıncı vaqon məsələsindən danışanda, lütfən eskalatoru unutmayın. Camaat işə gedəndə və ya işdən çıxanda eskalatorda sıxlıq yaranır, türkün məsəli, hamı girir bir-birinə. Gəncəlilər demiş, xalxın anası, bayıssı var. Lütfən baş sındırın, qadınlar o eskalatora əvvəldə, ya axırda minməlidir???


Sübhan Mahmudlu