adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Noyabr 2015 12:24
57399
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                  ***

Rauf Arifoglu: "Gözəl ölkələr çoxdu. Azərbaycan kimisi yoxdu. Bəzən vətəndən ona görə getmək lazımdı ki, dönəndə ona bir daha aşiq olasan. Qədrini-qiymətini bir daha və bir daha anlayasan!”


                                                                  ***

Jalə Mütallimova: "Ölmədik bu günü də gördük. Telekanalların birində aparıcı deyir ki, "YouTube saytında tez-tez baxdığınız rolik". Nə gündəyik ilahi, sən bizdən də yaxşı bilirsən!..”


                                                                  ***

Seymur Qasımbəyli: "Yaratdığına qayğı, yaradanın qayğısından doğur”.


                                                                  ***

Murad Köhnəqala: "Həyat bir tamaşadı, di gəl, biletlər çox bahadı...”


                                                                  ***

Eldəniz Elgün: "Çox çalışqan xalqıq, boş qalmağı sevmirik. Seçkilərdən sonra azca boşluq yaranmışdı deyə, tez Səidə Dadaşova adlı birisinin başqa kişidən uşaq dünyaya gətirməsini beynəlxalq səviyyədə müzakirə etməyə başladıq. İki gün işimiz var. Sonra Allah kərimdi”.


                                                                  ***

Kifayət Abdullayeva: "Qadınların ağlamağını hamı bilir. Kişilərin ağlamağını görən olubmu? Onların ürəklərində nələrin yaşandığını hiss edə bilərikmi? Ancaq kişi ağlamaz, belə bir deyim var. Bu doğrudurmu?”


                                                                  ***

Afaq Vasifqızı: "Bu kanalizasiya lyukları ki var, funksiyası çirkabı sovurub aparmaqdan ibarətdi axı. Bəs bizdəkilər niyə 6-5 vurur? Tərsinə işləyir hamısı - fontan vurur. Bir ovuc yağış görən kimi özlərini itirirlər.. Bilən var - niyə belədi?”


                                                                  ***

Pərvanə Rzayeva: "Hər yalana verəcək cavabım olmasa da, yola verəcək gülüşüm var!..”


                                                                  ***

Rövşən Danyeri: "Azərbaycanda maşını elə sürür, metroda, yolda elə gəzirlər ki, elə bil V element bu adamlardadır, vaxtında aparıb çatdırmasalar, dünyanın sonu gələcək, bəşəriyyət məhv olacaq. Bir ölkəyə bu qədər qəhrəman çox deyilmi?”.


                                                                   ***

Nəzrin Xosuzadə: "Həyat dolu insanlar axtarın. Onlar bir az uşaqdırlar, həyatda xeyirə və Allaha inanaraq addımlayırlar. Əlbəttə ki, onlar hər şeyi görür; həm ağı, həm qaranı, lakin qırmızı, sari, mavi... üçün yaşayırlar".


                                                                    ***

Bakının Binə Sovxoz kəndində yeni iş yerləri açılıb.

- Salam qaqa, nətərsən, işləyirsənmi?

- Salam qaqa, işdəyəm, yoldan adam keçirirəm.

- Neynirsən, salamatçılıqdı?

- Yaxşıyam qaqa, belimdə adam var, iş başındayam.

Sübhan Mahmudlu