adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Noyabr 2015 13:13
63288
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                              ***

(Bunu 3 il öncə yazmışam. Amma üstündən 3 əsr də keçsə belə, bəziləri düzələn deyil)

Faiq Ağayev: "Birdə görürsən ki, hansısa səmimi, saf fikirə çox ibnəli bir yorum verirlər... Ya özlərinin xisləti belədir... Ya da ki, ətrafinda o qədər riyakar, maskalanmış kəslər var ki, səmimiyyəti də ikrahla qəbul edirlər. Yazığım gəlir o zavallılara...


                                                                               ***

İradə Cəlil: "İnsanın ruhu inciyəndə qisasını bədənindən alar...”


                                                                               ***

Aqil Lətifov: "Masazırda payızın, qışın gəlişi heç də havaların soyuması ilə hiss olunmur. İşıqlar ki sönməyə başladı, deməli artıq qış qapının ağzındadı. Maraqlıdı ki, bu problem düzəlmək yerinə ildən-ilə, gündən-günə daha da böyüyür. Aidiyyəti dövlət qurumları isə heç bir işə yaramır. Günü-gündən çiçəklənən Azərbaycanın "Azərişığ" heç çiçəklənmək istəmir. İnsanlara bu qədər zülm etməkmi olar. Onsuz da camaatın çırağı sönüb, heç olmasa işığını söndürməyin. 

P.S. Deməli dünən "Azərişığ"ın qaynar xəttinə zəng etmişəm, deyir ki, siz niyə "Azəriqaz"dan şikayət etmirsiz, ancaq bizdən narazısız... Bax, əsl inkişaf budur...”


                                                                                ***

Niyaz Niftiyev: "MTRŞ-nın qərarı və TV-lərlə bağlı hay-küy, deyəsən, Xoşqədəmlə tamamlandı. Speysdə Mikayıl sökür! Amma Mikayıl da yenilik edib, ağ plasmas stulları qara, daha abırlıları ilə əvəz edib. Bu bədbəxtlər elə bilir stulları dəyişməklə... Nə isə”.


                                                                               ***

Günel Cəlilova: "Ağlına, qəlbinə, niyyətinə və hədəfinə hökm edən öz əsərlərini ortaya çıxarar”.


                                                                               ***

Vüsal Məmmədov: "Real həyatda falçıları qınayan "müasir" insanlar özləri feysbukda cürbəcür virtual fallar paylaşırlar: "nə vaxt öləcəksən", "sənə ən yaxın adam kimdir" - filan... Formanın dəyişməsi mahiyyəti dəyişmir”.


                                                                              ***

Səbuhi Rəhimli: "Əxlaqsız adamları tanımaq elə də çətin deyil. Əxlaqsız bir status yazıb inanclı, vicdanlı adamları ittiham edirsən və kim fikrini bəyənirsə, "tamamilə razıyam" yazırsa, bilirsən ki, əxlaqında problem var... Mən onları bu yolla tanıyıram fb-da”.


                                                                             ***

Qorxmaz İbrahimli: "Əxlaqsız adamdan tərbiyəli övlad gözləmək, elə söyüddən meyvə gözləmək kimi bir şeydir. Tərbiyəsizin düzələcəyinə inanmaq, çürüyən orqanın (qanqren) sağalacağına inanmaq kimi bir şeydir. Əxlaqsızın geni istənilən tərbiyəlinin genini yeyir. Ağac öz kökü üstdə bitər. Əşşi hər nə isə... Bu gecə ömrümün ilk və son bədbinliyini yaşadım. Tərbiyəsiz və əxlaqsızlara qarşı qətiyyətlə davam!!!”


                                                                           ***

Vüqar Abbasov: ""Avropalılar əxlaqsızdırlar" - bu fikri bizimkilərin bir çoxundan çox eşitmiş, mətbuatdan oxumuş və sosial şəbəkələrdə müzakirələrin şahidi olmuşam. Məsələ bundadır ki, çoxumuz hansısa məsələni ümumiləşdirib hər kəsə və hər kəsin adından deməkdən belə çəkinmirik. "Ən düz mənim fikrimdir" düşüncəsində olanlarımız da az deyil. Qısası, avropalılar bizim kimi olmasalar da əxlaqsız deyillər, hər halda mənim müşahidələrimə görə. Sadəcə bizim əxlaq anlayışlarımız fərqlidir, həm də çox...”.


                                                                           ***

Könül Quliyeva: "İki güclü savaşçı var. Bunlar: səbr və zamandır”.



Sübhan Mahmudlu