adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Noyabr 2015 14:22
62075
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                      ***

Vüsalə Mahirqızı: "Adamlar özlərini tanımayanda, özlərinə "çox böyük adam" olduqlarını təlqin eləyəndə başqalarını çox balaca görürlər və... uduzurlar!”.


                                                                      ***

Aynur Camal: "Keşkə, o qədər çox pulum olaydı ki, bütün uşaqların arzularını yerinə yetirə biləydim...”.


                                                                      ***

Vüsalə Məmmədova: "Deməli Mark ata olub deyə iki aylıq məzuniyyət götürüb. Bizimkilər maləsəf, doğuş masasından status yazır... Bu da cəhənnəm, valideynlər hər axşam fb.da keçirdiyi vaxtdan bir saat kəsib, uşaqları ilə söhbət etmirlər... Bu yanaşma ilə özümüzə düşmən böyüdürük”.


                                                                      ***

Xalid Kazımlı: "Dünyada baş verən olaylar milli feysbukçularımız üçün dalaşmaq bəhanəsidir. Nə qədər höcətləşmək olar?”.


                                                                      ***

Gülnar Məsimli:"İstədikdə çarə tapir, istəmədikdə bəhanələrə sığınırıq. Istənilən halda sığınaraq yaşamaq yaxşı deyil.
Çarə hər zamam var, hər zaman...
Qorxmadığın və cəsarətli olduğun sürəcdə hər zaman var...”.


                                                                       ***

Eldəniz Elgün: "Öz səsimdən qorxduğum qədər heç nədən qorxmuram. Yaxşı ki, səsim çıxmır”.


                                                                       ***

Könül Ali: "Allah Marka lənət eləsin layiq olana da olmayana da tribuna verib bunlarda şilin şotun çixardır .Abırsızlıqla,mübarizliyi səhv salmayın.Özünüzdə öz səmimiyyətinizə inanmırsınız....”.


                                                                       ***

Afaq Şıxlı: "Qadın milliliyini itirərsə, o millət dünya qazanında əriyib həll olar, yox olar. Hansı mentalitetdə qadına zülm varsa, o, bu zülmün əlindən milliliyini itirmək istər, zamanla dəyişər. Özünə vaxt çatmasa da, qız övladı üsyan edər! Bu həqiqəti nə zaman anlasalar... Hələ də gec deyil!”.


                                                                       ***

Şəhla Ramazanqızı Qafarova:"Səbrli olub qazandım, səbrsiz olub itirdim... Qazandıqlarım mükafatım, itirdiklərim isə xatirəm oldu... Hər dəfə itirdiklərimlə qarşılaşanda ürəkağrısı ilə də olsa məzar kimi susqun dayanıram. Şükür Allaha”.


                                                                       ***

Rüfət Əhmədzadə: "Örtük şəklimdə qollarını açıb gülən üzlə dünyanı qucaqlayan adam var ha... O, sadəcə bir örtük şəklidir. Elə, ingiliscə adı ilə "cover", dilimizdəki digər adı ilə isə "üz qapağı". Nə qədər yalançı olsa da, ona paxıllığım tutur. Siz də xoşbəxt şəkillərinizə baxanda ordakı sizə həsəd aparırsınızmı.. Heç olmasa, ildə bir dəfə? Əslində, profil şəkli də çox zaman saxta olur. Ciddi, xarizmatik, uzaq hədəfləri olan fotodakı adamlar reallıqda elə hədəflərə baxa-baxa batıb gedirlər. Döyüşə gedən əsgərin yolda qəfildən bir bataqlığa düşməsi kimi...”.


Sübhan Mahmudlu