adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Dekabr 2015 14:40
196845
MODA
A- A+

İki min avroya nimdaş adyal?

Lazımsız, hətta atılmalı olan köhnə-külədən yeni və bahalı geyim hazırlamaq mümkündürmü? Bacarıqlı əllər üçün bəli. Məsələn, Sovetlərin vaxtında evlərdə, əsasən xəstəxanalarda işlədilən rütubət və dərman qoxulu adyalları xatırlayan varmı? Çoxlarının evində belə örtüklərdən olub. Bax, həmin adyallar indi bahalı palto və mantolara çevrilib. Estoniyalı modelyer Marit İlison SSRİ-nin nimdaş "xatirə”sindən eleqant üst geyimlər hazırlayır. Modelyer özü həmin dönəmlərdə böyüdüyü üçün nostalji hisslərindən uzaq deyil.

Kreativ modelyer yeni geyimlərin hazırlanmasında Svarovski daşlarından da istifadə edir. Bundan başqa geyimlərin hər biri əl işi olduğu üçün daha bahalıdır. Yəni, təxminən 2 min avro!