İki min avroya nimdaş adyal?
Lazımsız,
hətta atılmalı olan köhnə-külədən yeni və bahalı geyim hazırlamaq mümkündürmü?
Bacarıqlı əllər üçün bəli. Məsələn, Sovetlərin vaxtında evlərdə, əsasən xəstəxanalarda
işlədilən rütubət və dərman qoxulu adyalları xatırlayan varmı? Çoxlarının evində
belə örtüklərdən olub. Bax, həmin adyallar indi bahalı palto və mantolara
çevrilib. Estoniyalı modelyer Marit İlison SSRİ-nin nimdaş "xatirə”sindən eleqant
üst geyimlər hazırlayır. Modelyer özü həmin dönəmlərdə böyüdüyü üçün nostalji hisslərindən uzaq deyil.
Kreativ
modelyer yeni geyimlərin hazırlanmasında Svarovski daşlarından da istifadə edir. Bundan
başqa geyimlərin hər biri əl işi olduğu üçün daha bahalıdır. Yəni, təxminən 2
min avro!