adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Dekabr 2015 14:30
98126
RUBRİKA
A- A+

Facebookun "dolla"ı - Statuslar - YENİLƏNİB

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                     ***

Bu gün verəcəyimiz "Facebook gündəliyinin” girişdə yazdığım məsələyə heç bir aidiyyatı yoxdur. Sadəcə, dolların qalxmasından sonra "facebook”da nələr baş verdiyini istədik ki, siz də görəsiniz. Sözün əsl mənasında yazılan statuslar "facebook” da "zəlzələ” yaradıb. Günün əsas mövzusu DOLLAR olandan sonra əlbəttə ki, zehnimiz, gözümüz, könlümüz də maddiyyatla, yox e... maddiyatsızlıqla DOLAR... 

Bu günkü rubrikamızın adı "Facebookun "dolları”" olsun. Görək dollarla bərabər emosiyalar nə dərəcədə artıb?!

                                                                         ***

Aynur Camal: "Dietanı pozmaq... yağlı, duzlu, şirin... nə gəldi yemək istəyirəm... Bu günün əhval-ruhiyyəsi...”


                                                                         ***

İradə Cəlil: "Yaxşıdı da, az yeyib, ictimia nəqliyyatdan istifadə edib arıq qalacğıq. Belə baxanda elə kasıb olmaq yaxşıdır, itirməyə heç nəyin olmur. Başının üstündə damın varsa, şirin-şirin yata bilirsən. Nə də cəhənnəm əzabı gözləmirsən səni. Çünki cəhənnəmi elə bu dünyada yaşayırsan da ...”


                                                                         ***

Mehman Muradlı: "Sərbəst stil üzmə

Bras üzmə

Delfin üzmə

Arxa üstə üzmə

Kompleks üzmə yәni hәlәlik sәrbәst üzmәdәyik.

Qabaqda 4 növü var hәlә”.


                                                                           ***

Vüqar Abbasov: "Manat üzə bilər, millət isə batır. Dolların qalxması heç kimə təsirsiz keçməyəcək, hamı burdan oz "payını " alacaq...”


                                                                             ***

Jalə Mütəllimova: "Təklif eləmək lazımdır ki, dollar "üzməyə başlamazdan" öncə kim kreditini hansı məbləğdə ödəyirdisə heç olmasa o adamlara güzəştlər tətbiq edilsin. Bu hansı formada ola bilər, bilmirəm. Bildiyim bir odur ki, o təbəqə ki, çiynində bütün Azərbaycanın yükünü çəkir bu artım onun dizini qırır. İnsanlar var aldığı ev kreditdədir. Evsizliyin nə demək olduğunu evsiz olan bilər. İndi bu gözlənilməz artım onlarla ailəni küçədə qoyur. Axı bu yaxşı heç nə vəd vermir. Hər şeyini itirən adamlar nəyə desən qadirdir. Sıravi vətəndaşı, hər şey eləyə biləcək adama çevirmək isə ölkə olaraq bizə heç nə vermir, bir şeydən başqa. Onu da düşünmək belə qorxulu gəlir...”


                                                                              ***

Tamilla Qulami: "Yenə statuslar yazıb, əsəbimizi töküb, rahatlayıb, gedib başımızı atıb yatacağıq... Bu da adiləşəcək..”


                                                                              ***

Bahadur Qubustan Seyidov: "Manatın evi yıxıldı...”


                                                                               ***

Xalid Kazımlı: "Valyutamız Nabrana gedir, üzəcək”


                                                                                ***

Firuz Mustafa: "Bəziləri deyir ki, mənim vecimə deyil: nə dollarım var, nə də manatım... Sabah ət 20 manata, yağ 15 manata, yumurta 1 manata qalxanda veclərinə olacaq...”.


                                                                               ***

Elməddin Muradlı: "Dostlar, manat milli valyutamizdir. Manatin üzməyi, qalxmagi, düşməyi normaldir. Vay o gündən ki, manat pis yola düşsün”


                                                                              ***

Nigar isfəndiyar: "Üzü göyə uçan dollar səni görüm yerə girəsən ".



                                                                                ***

Fazil Mustafa: "Manatın devalvasiyası insanların yaşayış səviyyəsini xeyli aşağı salacaq. İşsizlik, yoxsulluq, üstəlik də dollarla ödəniləcək kreditlər, başqa borclar... Təbii ki, bizdən aslıl proses deyil, Rusiyanın küstahlığı və ABŞ-ın neftlə bağlı canbazlığı vəziyyətə bu yerə getirib çıxartdı. Uzun illər yəqin ki, bu dalandan qurtulmamız mümkün olmayacaq. Bununla belə, mən Azərbaycan Mərkəzi Bankı tərəfindən "üzən məzənnə" ifadəsinin işlədilməsinin qəti əleyhinəyəm. Bunun adı elə birbaşa kəskin devalvasiyadır və cəmiyyətlə açıq danışmaq daha doğru olardı. Azad iqtisadiyyat prinsipləri ilə uzun illərdir üzən vətəndaşlar hazırlamadan qeyri-neft sektorunun inkişafını kağız üzərində qabardanda, haçansa insanların real üzmək qabiliyyətini də düşünmək lazım idi. İndi manatımız dənizdə, göldə, çayda üzəcək, vətəndaş isə onun arxasınca üzə bilmir, o zaman hansı sosial gərginliklər yaşanacağını bir Allah bilir... Üstəlik də ötən müddət ərzində inhisarçılığın azaldıılmasına yönəlik ciddi iqtisadi siyasət izlənmədiyinə görə, bundan sonra yeni bir şəraitə iş adamlarını uyğunlaşdırmaq da xeyli çətilnliklər yaradacaq. Onsuz da üzgüçülük üzrə heç bir mötəbər yarışda ciddi bir uğurumuz yox...Yəni həm idman qaydasında, həm də iqtisadi qaydalarda üzmək qabiliyyətimiz demək olar ki, sıfırdır. İndi bu qısa vaxt ərzində üzmək cəhənnəm, heç olmazsa, xilasedicilər gələnə qədər batmamağın sirlərini öyrənmək məcburiyyətindəyik".



Vüsalə Məmmədova: "Səhər-səhər hamının kefi elə pozuldu ki, buna deyirlər maddiyatın mənəviyyatın qarşısına keçməsi. Oysa hamımız qəşəng əhval-ruhiyyə ilə yeni iş həftəsinə başlamışdıq. İlin son iş həftəsində bütün yarımçıqları bitirəcək gücümüz vardı...”


                                                                       ***

Əmrah Fəqanoğlu: "Necə olursa-olsun, dolların bahalaşması kontekstində panikaya, pessimizmə, ümidsizliyə qapılmağa dəyməz. Azərbaycan güclü dövlətdir, bütün sınaqlardan da inşallah, dəyanətlə çıxacaq. Bu proses bütün dünyanı bürüyüb. Məsələn, rus rublu neçə illərdir ölə-ölə gedir, amma Rusiya əhalisi buna rəğmən daha böyük dözüm və birlik nümayiş etdirir. Unutmaq lazım deyil ki, biz hamımız okeanda üzən eyni gəminin sərnişinləriyik. Gəminin zədələnməsi ilə hər birimizin həyatı təhlükədə qala bilər. Odur ki, ən çətin məqamlarda öz millətimizə,Vətənimizə, müstəqil dövlətimizə daha çox məhəbbət bəsləməli, sədaqət nümayiş etdirməliyik. Ən əsaslı da bir-birimizə arxa-dayaq olmalıyıq!
Mən sadəcə, bir jurnalist olaraq ürəyimdən keçənləri paylaşmaq istədim...”


                                                                         ***

Səidə Haqverdiyeva: "1dollar 1.5 oldu, di sabahiniz xeyir! Daha buraxın Qənirənin yaxasını, tutun dolların ətəyindən görək başımıza nə gəlir, havadan basqa”.


                                                                          ***

Mübariz Aslanov: "Mən dəqiq üzməyi bacarmıram. batacam )

Üzən məzənnə rejiminə keçiddən sonra dollar 1,55 manat, avro 1,7 manat olub”.


                                                                           ***

Zeynəb Kazımova: "Dollar qalxdı ceyranın belinə...”.


                                                                            ***

Fərahim Qasımov: "Allah bəlanızı versin... Bütün kreditlərim dollarladı...”.


                                                                             ***

Azər Sarıyev: "Borclu olduğum insanlar və banklar! Gözünüzü məndən çəkin. Manat nə zaman üzüb geri qayıdar, borclarınızı qaytararam”.


                                                                              ***

Günəş Hüseynova: "Əsas səhifədə üzüaşağı düşürəm. 97% dostlar "dolların bahalaşması" ilə bağlı status paylaşıb. Nervidən məni gic gülmək tutub. Səhər-səhər bu nə xəbərdi, paylaşmısınız? Adətən fb-ya girən kimi səhifələrdə "filan qadın özünü 16-cı mərtəbədən atdı", "filan kişi özünü yandırdı", "filan rayonda ağır yol qəzası" başlığı altında bəd xəbərlərlə günə başlayırıq. Amma bugünkü xəbər onlardan da betər oldu. Çünki, orda bir nəfər ölürdü, amma dolların bahalaşması ilə Azərbaycanda kasıbların hamısı həm mənən, həm də aclıqdan öləcək. Doğrudan da, deyildiyi kimi, Azərbaycanda bir kasıb qalmayacaq. Allah axırımızı xeyir eləsin...”.


                                                                             ***

Fidan Həsənzadə: "Deyir, bu sabahların bir anlamı olmalı. Bu günün anlamı 1$=1.55 AZN.
Rəsmi məlumatdır, batırıq”.


                                                            

                                                                               ***

Əziz Əlibəyli: "Bir ildə 100 % devalvasiya ... Olmadı ki...”.


                                                                                ***

Gülnarə İlham: Manatdan müsahibə alıblar: "Mən hələ belə üzməmişdim, qardaş. Deyəsən dozam çox olub. Noluyor, başım dönüyor, dünya dönüyor" Qolundan tutub sürüyə-sürüyə Maştağaya Ruhi Əsəb Dispanserinə apardılar”.


                                                                                 ***

Anar Rasulov:"Manatı görən olmadı?”


                                                                                 ***

Aydin Xan Əbilov: "Dollar qalxdı... Amma sosial-iqtisadi isterikaya düşmək lazım deyil: əgər geniş mənada götürsək, dövlətin iqtisadi, həm də siyasi-sosial iflasındansa, millətin hər bir nümayəndəsinin hansısa mənada kiçik, ya da böyük itkisi nəticəsində cəmiyyətin ümumi böhranının qarşısını almaq olarsa, indi hər kəs vətəndaş mövqeyi ortaya qoymalıdır. Əks halda, böhran hamımızın belini qıracaq: qiymətlərin qalxmaması, eləcə də məvacib, pensiya və təqaüdlərin qaldırılması bu sarsıdıcı proseslərin ağrısını nisbətən də olsa ala bilər...”.


                                                                                 ***

Natiq Qədimov: "Bu gün toyda olmalıyam..Toyda yoldaşlarla güya süzmək istəyirdim. Səhər səhər dedilər ki, hələ üzməyi öyrən sonra süzərsən. Bütün həvəsim getdi”.


                                                                                 ***

Ərəstun Oruclu: "İndi bankların, şirkətlərin xeylisi çökəcək, vətəndaşların isə hamısı..”.


                                                                                  ***

Nihat Hüseynzadə: "Dollar üzməyi öyrəndi, indi manata üzmək dərsi keçir”.


                                                                                  ***

Əvəz Rüstəmov: "Ta heszad, üzgüçülüyə yazılmaq lazımdır...”


                                                                                  ***

Elnur Eltürk: "Nə dollarım var, nə də manatım. İndi deyin görək, mən nə etməliyəm?”


                                                                                  ***

Elmar Hüseynov: "Axşam yuxuda gördüm ki, üzürük... Yuxum çin çıxdı.. Üzürük qardaş, üzürük. Allah axırını yaxşı eləsin..”.

                                                                                  ***

Sənan Nəcəfov: "Bunun üzməyi budursa, gör qurulanmağı, zaqarı nətər olacaq".

                                                                                  ***

Hafiz Heyderov: "Rayon prokurorluqlarından birində çalışan müstəntiqdən nə kimi yeni hadisələrin olduğunu soruşdum. Cavabında dedi ki, hadisələr bu gündən sonra olacaq. Dolların qalxması ilə əlaqədar hər gün biri özünü asacaq, yazarsız...".

Sübhan Mahmudlu